• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Generalın nəyə görə tutulduğu açıqlandı

  • 17 Mart 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

General-leytenant Rövşən Əkbərovun nəyə görə tutulduğu açıqlanıb. Baş Prokurorluğun 17 mart məlumatında bildirilir ki, 1971-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci ildə Ukraynanın paytaxtı Kiyevdə soyuq silahla qəsdən öldürülməsi ilə bağlı cinayət işi başlanıb, 2003-cü ildə cinayətin törədilməsində Azərbaycan vətəndaşının şübhəli olması əsası ilə iş Azərbaycana göndərilib.

Həmin cinayət işi üzrə bir sıra istintaq hərəkətləri həyata keçirildiyi, lakin iş üzrə təqsirləndirilən şəxs müəyyən edilmədiyindən icraatın dayandırıldığı vurğulanır: “2020-ci ildə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra icraat təzələnib və Baş Prokurorluğun İstintaq İdarəsində kifayət qədər sübut toplanaraq həmin cinayət əməlini Əkbərov Rövşən Telman oğlunun törətməsinə əsaslı şübhələr müəyyən edilib”.

Məlumata görə, Azərbaycan vətəndaşı, 1965-ci il təvəllüdlü Əkbərov Rövşən Telman oğlu 1 iyun 2001-ci ilə keçən gecə Kiyev şəhərindəki “Sikora” kafesində yeyib-içdikdən sonra kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlunu aralarında yaranmış cüzi münaqişə səbəbindən ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək qəsdən öldürüb.

15 mart 2021-ci ildə Rövşən Əkbərov qəsdən adam öldürmə və xuliqanlıq ittihamları ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Həmin gün Bakı Hərbi Məhkəməsi Baş Prokurorluğun təqdimatı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Novator.az bildirir ki, Rövşən Əkbərov Kiyev Ali Ümumqoşun Komandirləri Məktəbinin məzunudur. SSRİ Silahlı Qüvvələrində və Azərbaycan Ordusunda xidmət edib. Əfqanıstan və Qarabağ müharibələrinin veteranıdır. 1994-cü ildə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı alıb.

Bu il fevralın 8-də onun ehtiyata buraxıldığı xəbər verilib. Ehtiyata buraxılana qədər Rövşən Əkbərov Azərbaycan Ordusunun birlik komandiri idi.

Malayziya: xristian nəşrlərində “Allah” sözünü yaz...

  • 17 Mart 2021
  • comments

Gediş-gəlişdə nə qədər azalma var?

  • 17 Mart 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda