• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Söyüşün cəzası bıçaq, tapança, yumruqla verilməli deyil”

  • 15 Mart 2021
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

AXCP sədri Əli Kərimli Fransada yaşayan bloqçu Məhəmməd Mirzəlinin bıçaqlanmasına münasibət bildirib. Novator.az-ın məlumatına görə, o yazır ki, martın 14-də bloqçuya 6 nəfər bıçaqla hücum edib: “Məhəmməd Mirzəli çoxsaylı bıçaq yaraları ilə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırdır. Bir vaxt ona tapançadan atəş açmışdılar, qolundan yaralanmışdı.

Daha əvvəl bloqçular Qabil Məmmədov və Orxan Ağayevə də fiziki hücumlar edilmişdi, onlar da ağır xəsarət almışdı. Kimin şübhəsi var ki, mühacir bloqçulara qarşı bu cinayətləri hakimiyyətə bağlı qruplar edir?

Təəssüf ki, mühacirətdəki bəzi bloqçular hökumətə qarşı mübarizələrində söyüş və təhqirdən də istifadə edirlər. İqtidar tərəfdarlarının söyüş və təhqirini pislədiyim kimi müxalifətdə olan bəzi şəxslərin də söyüş və təhqirdən istifadə etməsini hər vaxt pisləmişəm. Ancaq bu birmənalıdır ki, söyüşün cəzası bıçaq, tapança, yumruqla verilməli deyil. Mühacir bloqçulara edilən fiziki hücumlar cinayətdir və birmənalı şəkildə pislənməlidir.

Avropa dövlətləri də Azərbaycan hakimiyyətinə yaxın cinayətkar qrupların cəzasız şəkildə seriya cinayətlər törətməsinə göz yummamalıdır.

Heç kimə sirr deyil ki, Azərbaycan siyasətinə söyüş, təhqir və şantajı iqtidar gətirib. Elə bu günlərdə də ölkənin bir çox ictimai fəalları siyasi fəaliyyətlərinə görə şantaj və təhqirə məruz qalıblar.

Martın 14-də tanınmış bloqçu Mehman Hüseynov və “Nida”çı fəal Ülvi Həsənli Abşeron rayonunda tutulmuşdu. Mehman Hüseynov korrupsioner məmurları ifşa edən videolar çəkir. Mehman bəyi saxlayıb onun çəkilişdə istifadə etdiyi dronu müsadirə edənlər bununla korrupsionerlərə açıq dəstək ifadə edir. Hökumət sanki hamımıza deyir ki, korrupsionerlərlə işiniz olmasın, onlar himayəmizdədir, sözə baxmayan hər kəsi isə istədiyimiz kimi cəzalandıra bilərik – şərləyib həbs edərik, işgəncə verərik, hətta xaricdə olanları da bıçaqlatdıra, döydürə bilərik, bu ölkədə qanun da, dövlət də bizik. Əminəm ki, Azərbaycan xalqı bu ultimatumu qəbul etməyəcək. Mübarizəyə daha çox adam qoşulacaq.

Hakimiyyət bu antixalq siyasətdən imtina etməlidir. Cinayətkarların cəzalandırılmasını isə Avropa dövlətlərindən tələb edirik”.

Görmədik rəqabət

  • 15 Mart 2021
  • comments

Ekspertdən vergi və ödəniş təklifləri

  • 15 Mart 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Tramp administrasiyası kimlərin ipini yığır?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya veteran tapdağında? – “Röyter”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

ABŞ nəşri: Putinin sistemi qaydasız oyuna çevrilib

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Avropada Belarusun casus şəbəkəsi ifşa olunub

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Tramp administrasiyası kimlərin ipini yığır?

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Tramp administrasiyası kimlərin ipini yığır?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya veteran tapdağında? – “Röyter”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

ABŞ nəşri: Putinin sistemi qaydasız oyuna çevrilib

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda