Fransada yaşayan bloqçu Məhəmməd Mirzəli martın 14-də bıçaqlanıb. “Turan”ın məlumatına görə, bloqçu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Polis araşdırma aparır.
Məhəmməd Mirzəli bir neçə ildir sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini sərt tənqid edən reportajlar yayması ilə tanınır.
Almaniyada yaşayan jurnalist Əfqan Muxtarlının yaydığı məlumata görə, Məhəmməd Mirzəli yolda 6 nəfərin hücumuna məruz qalıb. Ona boyun, qarın, əl-qol nahiyələrindən bıçaq zərbələri endirilib.