Prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev martın 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakının Sabunçu rayonunda yeni inşa olunan “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.
Xəbəri AZƏRTAC yayıb.
Novator.az bildirir ki, 1991-ci ildə Daxili İşlər Nazirliyinin tabeliyində yaradılan Daxili Qoşunların Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşə başladığı 12 mart (1992-ci il) Daxili Qoşunlar Günü kimi rəsmiləşib.
Daxili Qoşunlara daxili işlər nazirinin müavini general-leytenant Şahin Məmmədov komandanlıq edir.