ABŞ prezidenti Cozef Baydenin administrasiyasında yer alan nazirlərin rəsmiləşməsi yekunlaşır. Novator.az-ın məlumatına görə, martın 12-dək 12 katib (nazir) Konqresin yuxarı palatası olan Senatda təsdiqlənərək vəzifəsinin icrasına başlayıb:
Entoni Blinken – dövlət katibi (xarici işlər naziri)
Lloyd Ostin – müdafiə naziri
Merrik Qarland – ədliyyə naziri (baş prokuror)
Alexandro Mayorkas – daxili təhlükəsizlik naziri
Canet Yellen – maliyyə naziri
Cina Raymondo – ticarət naziri
Pit Butticiç – nəqliyyat naziri
Cennifer Qrenholm – energetika naziri
Tom Vilsek – kənd təsərrüfatı naziri
Marşa Fac – tikinti və şəhər inkişafı naziri
Denis Makdonou – veteranlarla iş naziri
Miqel Kardona – təhsil naziri.
3 nazirin səlahiyyətlərini bu şəxslər icra edir:
Skat de la Veqa – daxili işlər naziri
Al Stüart – əmək naziri
Norris Kokran – səhiyyə və sosial xidmətlər naziri.
1942-ci il təvəllüdlü Cozef Bayden yanvarın 20-dən prezidentdir.
1972, 1978, 1984, 1990, 1996, 2002 və 2008-ci illərdə ABŞ Konqresinin yuxarı palatası olan Senatın üzvü seçilib. 1987-1995-ci illərdə Senatın Məhkəmə Komitəsinə, 2001-2003 və 2007-2009-cu illərdə Xarici Əlaqələr Komitəsinə sədrlik edib.
2009-2017-ci illərdə vitse-prezident postunu tutub.