• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qasparyan getdi, amma məhkəməyə üz tutur

  • 10 Mart 2021
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

General-polkovnik Onik Qasparyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi postundan ayrılıb. Novator.az-ın məlumatına görə, baş nazir Nikol Paşinyan martın 10-da belə açıqlama yayıb.

Fevralın 23-də Ermənistan televiziyalarının birinə müsahibə verən baş nazir Nikol Paşinyan ötən ilin payızındakı Qarabağ müharibəsi zamanı ölkəsinin Rusiya istehsallı “İskəndər” raketləri tətbiq etdiyini, ancaq bu silahın gözlənən effekti vermədiyini deyib. Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin birinci müavini Tiran Xaçatryan bu açıqlamanı lağa qoyub. Fevralın 24-də prezident Armen Sərkisyan Nikol Paşinyanın təqdimatını nəzərə alaraq Tiran Xaçatryanı vəzifədən çıxarıb.

Fevralın 25-də Silahlı Qüvvələrin Baş Qərargahı bəyanat yayaraq Nikol Paşinyanın istefası tələbini irəli sürüb. Baş Qərargahın rəisi Onik Qasparyanın, onun müavinlərinin, idarə rəislərinin, iri hərbi birləşmələrin komandirlərinin imzaladığı bəyanatda Tiran Xaçatryanın Baş Qərargah rəisinin birinci müavini postundan çıxarılmasına etiraz bildirilib.

Hərbçilərin bəyanatı Nikol Paşinyanın sərt etirazına səbəb olub. O, bəyanatı dövlət çevrilişi cəhdi kimi qiymətləndirib, baş nazir Onik Qasparyanın da vəzifədən götürülməsi üçün prezident Armen Sərkisyana təqdimat verib.

Fevralın 27-də Armen Sərkisyan təqdimatı geri qaytarıb, ancaq Nikol Paşinyan Onik Qasparyanın postdan götürülməsində israr edərək dövlət başçına yeni təqdimat göndərib.

Armen Sərkisyan ikinci təqdimatı da imzalamayıb, martın 2-də Konstitusiya Məhkəməsinə baş nazir sorğu göndərilib. Sorğu “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanunun konstitusiyaya uyğunluğu məsələsini əhatə edib.

“Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna görə, prezident baş nazirin təqdimatını ikinci dəfə imzalamayanda və ya Konstitusiya Məhkəməsinə birbaşa təqdimat üzrə sorğu göndərməyəndə qaldırılan məsələ həllini tapır.

Onik Qasparyan Baş Qərargah rəisi postunu tərk etməsi ilə barışmır. Martın 10-da o, İnzibati Məhkəməyə şikayət edəcəyini açıqlayıb.

1988-1990-cı illərdə SSRİ Silahlı Qüvvələrində xidmət keçən Onik Qasparyan 1990-cı ildən könüllü kimi Ermənistan sərhədlərinin qorunmasında iştirak edib, 1993-cü ildən Ermənistan Ordusunun hərbi hissələrinin birində batalyon komandirinin müavini, polk qərargahı rəisinin müavini, kəşfiyyat rəisinin köməkçisi, kəşfiyyat rəisi, polk komandirinin müavini olub.

Rusiya Müdafiə Nazirliyinin Ali Zabit Kursunu, Rusiya Silahlı Qüvvələri Ümumqoşun Akademiyasını və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.

Müxtəlif hərbi hissələrə komandirlik edən, ordu korpuslarında məsul vəzifələr tutan Onik Qasparyan 2012-ci ildən korpus komandiri, 2016-cı ildən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin müavini, 2017-ci ildən birinci müavini olub, 2020-ci il iyunun 8-dən Baş Qərargah rəisi postuna təyinat alıb.

Nikol Paşinyan martın 10-da prezidentə təqdimat göndərərək general-leytenant Artak Davtyanın Baş Qərargahın rəisi təyin olunmasını istəyib.

Artak Davtyan Moskva Ali Hərbi Məktəbini, Rusiya Müdafiə Nazirliyinin Hərbi Akademiyasını və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.

1990-1994-cü illərdə Qarabağ müharibəsində iştirak edib, 1991-1992-ci illərdə xüsusi alayda xidmət keçib.

1992-2005-ci illərdə Ermənistan Ordusunun müxtəlif hərbi hissələrində rəhbər vəzifələr tutub.

2006-cı ildən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının operativ idarəetmə xidmətinin rəis müavini, 2007-ci ildən rəisi vəzifələrində çalışıb.

2017-ci ildən korpus komandiri olub.

2018-ci il mayın 24-dən Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin olunan Artak Davtyan həmin postdan 2020-ci il iyunun 8-də götürülüb, həmin ilin iyul-oktyabr aylarında Hərbi Sənaye Komitəsinə rəhbərlik edib. Bu il martın 9-da o, Baş Qərargahın xüsusi tapşırıqlar üzrə böyük zabiti postuna təyin olunub.

Nə imzalanıb?

Sülh razılaşması Ermənistanı qarışdırıb

Nikolun yerinə Vazgen?

Nə bəyan olunub?

Ağdamda Türkiyə-Rusiya mərkəzi

Ermənistan Qarabağa əsgər göndərməyi dayandırdı

 Ermənistanda dövlət çevrilişi ehtimalı

Köçəryan istefa tələbinə dəstək verdi

Ermənistandakı gərginlik Bakıdan necə görünür?

Paşinyan müqavimət qarşısında dirənir

Paşinyan qələbəliyi nə deməkdir?

Ermənistan 2018-ci ilə dönür?

Təqdimat yenə imzalanmadı, amma Qasparyan gedir

Manukyana cinayət işi

Azərbaycanda tətbiq olunan peyvənd Ukraynada da tə...

  • 10 Mart 2021
  • comments

Dünyanın ən güclü orduları – “The National İ...

  • 10 Mart 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0

Tags

  • Hüquq
  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Çempionlar Liqasının komandaları

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda