• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İşsizlikdən sığorta qanunu yeniləndi

  • 10 Mart 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

“İşsizlikdən sığorta haqqında” qanun yenilənib. Novator.az bildirir ki, prezident İlham Əliyevin imzası ilə rəsmiləşən dəyişikliyə görə, sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının məbləği rəsmi elektron informasiya sistemində sığortaolunanın sığorta haqları üzrə hesabatlarda olan aylıq əməkhaqqı barədə məlumatları əsasında müəyyən edilir.

Qanuna əsasən, sığorta ödənişini dövlət orqanı və ya hüquqi şəxs ləğvi edildikdə; işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; əmək müqaviləsinin müddəti qurtardıqda rəsmən işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar ala bilər.

İlk iki halda işsizlikdən sığorta ödənişi üçün azı 1 il sığorta stajı tələb olunur və ödəniş işçinin itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır.

Əmək münasibətlərinə əmək müqaviləsinin müddətinin bitməsi əsasları ilə xitam verilmiş şəxslərə ödəniş üçün onların müddətli əmək müqaviləsi üzrə ən azı 3 il fasiləsiz iş stajı olmalıdır. Sığorta ödənişi minimum əməkhaqqı (250 manat) qədər və 3 ay müddətinə ödənir.

Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya görə, həm əsas, həm də əlavə iş yerləri olan işçinin əmək münasibətlərinə müxtəlif zamanlarda xitam verildiyi halda onun sığorta ödənişini almaq hüququ sonuncu iş yeri üzrə, eyni gündə xitam verildiyi halda isə əsas iş yeri üzrə əmək münasibətlərinə xitam verildiyi halda yaranır.

Sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının məbləği Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində sığortaolunanların sığorta haqları üzrə hesabatlarda olan aylıq gəlirləri barədə məlumatları əsasında müəyyən edilir.

Baydenin 10 naziri təsdiqlənib

  • 09 Mart 2021
  • comments

İkisi məlum

  • 10 Mart 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda