• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tahir Budaqov YAP-da təqdim olunub

  • 09 Mart 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Yeni Azərbaycan Partiyasının (YAP) 5 mart 2021-ci il qurultayında qurumun nizamnaməsi yenilənib, Siyasi Şura ləğv edilib, Təftiş Komissiyası və İdarə Heyəti seçilib, Veteranlar Şurası yaradılıb.

Həmin gün partiya sədri İlham Əliyevin sərəncamı ilə birinci vitse-prezident Mehriban Əliyeva sədrin birinci müavini, baş nazirin müavini Əli Əhmədov sədrin müavini, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov sədrin müavini, Mərkəzi Aparatın rəhbəri təyin edilib.

Martın 9-da Tahir Budaqov partiya kollektivinə təqdim olunub. Təqdimatda baş nazirin müavini, YAP sədrinin müavini Əli Əhmədov, Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev çıxış ediblər. Tahir Budaqov etimadı layiqincə doğrultmağa çalışacağını, partiyanın qarşısında dayanan vəzifələrin uğurla yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Xəbəri Yap.org.az yayıb.

Novator.az bildirir ki, Tahir Budaqov 1965-ci il yanvarın 1-də Naxçıvan şəhərində doğulub. İndiki Azərbaycan Tibb Universitetini bitirib, həmçinin kliniki ordinaturada, aspiranturada təhsil alıb. Tibb elmləri namizədidir.

Əlillərin Bərpa Mərkəzinin baş həkimi, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Prezidenti Administrasiyasının şöbə müdirinin müavini, Bakının Nizami rayonunun icra başçısı vəzifələrində çalışıb.

13 avqust 2015-ci ildən Dövlət Statistika Komitəsinin sədridir.

1993-cü ildən YAP-ın üzvüdür.

Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də yaradılıb. İlk sədri Heydər Əliyev olub. 2005-ci ildən partiyaya prezident İlham Əliyev sədrlik edir.

Bələdiyyələrlə İş Mərkəzi hesabat verib

  • 09 Mart 2021
  • comments

Baydenin 10 naziri təsdiqlənib

  • 09 Mart 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

GLOBALS:0
comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Əhali hesabatı

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda