• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əmək Məcəlləsi necə dəyişir?

  • 09 Mart 2021
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Milli Məclis Əmək Məcəlləsində dəyişikliklər layihəsini müzakirə edir. Novator.az-ın məlumatına görə, qanun layihəsini şərh edən iqtisadçı Qalib Toğrul yazır ki, yeniliklər media və vətəndaş cəmiyyəti sektorlarında işçini mülki hüquqi müqavilə ilə çalışdırmaq praktikasına son qoyacaq: “Layihəyə əsasən, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda əmək münasibətləri hesab edilir və bu münasibətlərin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir.

Mülki hüquqi müqavilə hamımızın xidmət müqaviləsi kimi tanıdığımız razılaşma formasıdır. Media və QHT sektorlarında çox az işçi əmək müqaviləsi ilə çalışır. İşçilər rəhbərliyin tövsiyəsi ilə özlərinə VÖEN açaraq əməkhaqqı deyil, xidmət haqqı alırlar. Vergi Məcəlləsinə uyğun olaraq onlar əhaliyə yox, vergi ödəyicisinə (media orqanına, QHT-yə) xidmət göstərdikləri üçün sadələşdirilmiş vergi ödəyicisi ola bilmir, gəlir vergisi ödəyicisinə çevrilir, aldıqları xidmət haqqı məbləğindən büdcəyə 5 faiz, məbləğdən asılı olmayaraq Dövlət Sosial Müdafiə Fonduna minimum aylıq əməkhaqqının (250 manat) 25 faizi (62,50 manat) və minimum aylıq əməkhaqqının 4 faizi miqdarında (10 manat) icbari tibbi sığorta haqqı (1 yanvar 2021-ci ildən qüvvəyə minib) ödəyirlər.

Əmək Məcəlləsinə yeni dəyişikliklər rəsmiləşəndən sonra işəgötürən bütün işçilərlə əmək müqaviləsi bağlamalı və iş vaxtının rejiminə uyğun olaraq onlara sabit məbləğdə əməkhaqqı ödəməlidir.

2019-cu il yanvarın 1-dən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən 8000 manatadək aylıq gəlirindən vergi tutulmur. 7 illik güzəşt var.

Media və QHT sektorunda 8000 manatdan yuxarı əməkhaqqı real olmadığı üçün gəlir vergisi öhdəliyi yaranmayacaq.

İşəgötürən və işçi bu ödənişləri etməlidir: işəgötürən 200 manatdan yuxarı əməkhaqqı üçün 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi, işçi isə 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi miqdarında sosial sığorta haqqı ödəyəcək; işəgötürən əməkhaqqı fondundan 0,5 faiz, işçi isə öz əməkhaqqından 0,5 faiz işsizlikdən sığorta haqqı ödəyəcək; işəgötürən əməkhaqqı fondundan 1 faiz, işçi isə öz əməkhaqqından 1 faiz icbari tibbi sığorta haqqı ödəyəcək.

İşəgötürən əmək müqaviləsi bağladığı işçilərini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsindən icbari sığorta etdirməlidir. İnzibati Xətalar Məcəlləsinə ediləcək dəyişikliyə görə, işçilərini bu sığorta növü ilə sığortalamayan işəgötürənlər haqqında, onlardan xəbərsiz, bazadakı məlumatlar əsasında elektron inzibati xəta protokolu tərtib olunacaq”.

Avtomobilin idxal dəyəri: Azərbaycan və Almaniya

  • 09 Mart 2021
  • comments

37 təmsilçi bəllidir

  • 09 Mart 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda