• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

YAP-ın qurultayı gedir

  • 05 Mart 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Martın 5-i Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) yeddinci qurultayı keçirilir. Partiyanın mərkəzi qərargahında (paytaxtın Xətai rayonunda yerləşir) təşkil olunan qurultaya qurumun sədri, prezident İlham Əliyev video formatında qatılaraq çıxış edib.

AZƏRTAC qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılacağını xəbər verir.

Bəzi media orqanları qurultayda 6 siyasi partiyanın YAP-a qoşulması qərarının veriləcəyini bildirir. Xəbərə görə, 1992-ci ildə dövlət qeydiyyatına alınmış Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, 1993-cü ildə qeydiyyata götürülmüş Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, 1994-cü ildən qeydiyyatda olan Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası YAP-a qoşulmaq qərarına gəliblər.

YAP-ın nizamnaməsinə əsasən, qurultayın partiyanın rəhbər orqanlarının hesabatlarını dinləyib təsdiqləmək; nizamnamə və proqrama dəyişikliklər, əlavələr etmək; partiya sədrini, Siyasi Şura və Mərkəzi Nəzarət-Təftiş Komissiyası üzvlərini seçmək səlahiyyətləri var.

Novator.az bildirir ki, Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də yaradılıb. Təsis konfransı Naxçıvan şəhərində keçirilib və o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik edən Heydər Əliyev sədr seçilib.

Heydər Əliyev 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. 1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi respublika rəhbəri olub. 1982-1987-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutub.

1990-cı ildə Heydər Əliyev Azərbaycan parlamentinin və Naxçıvan Ali Sovetinin deputatı seçilib, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olub.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də Milli Məclisin qərarı ilə prezident səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü və 1998-ci illərdə Azərbaycan prezidenti seçilib. 2003-cü il dekabrın 12-də vəfat edib.

Yeni Azərbaycan Partiyasının indiyədək Bakıda altı qurultayı keçirilib. İlk qurultay 1999-cu il dekabrın 20-21-nə, ikinci qurultay 2001-ci il noyabrın 21-nə təsadüf edib.

2005-ci il martın 26-da keçirilən üçüncü qurultayda prezident İlham Əliyev partiya sədri seçilib.

İlham Əliyev Heydər Əliyevin oğludur. 1961-ci il dekabrın 24-ü Bakıda doğulan İlham Əliyev 1994-cü ildən Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti və birinci vitse-prezidenti olub.

1995-ci və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2003-cü il avqustun 4-də baş nazir vəzifəsinə təyin edilib.

2003, 2008, 2013-cü illərin oktyabr ayında və 2018-ci ilin aprelində prezident seçilib.

Yeni Azərbaycan Partiyasının dördüncü qurultayı 2008-ci il avqustun 2-də, beşinci qurultayı 2013-cü il iyunun 7-də, altıncı qurultayı 2018-ci il fevralın 8-də olub.

760 mindən çox üzvü olan YAP 125 nəfərlik parlamentdə 70 deputatla təmsil edilir.

Yeni Azərbaycan Partiyası sədrinin dörd müavini var: birinci vitse-prezident Mehriban Əliyeva, baş nazirin müavini Əli Əhmədov (o həm də icra katibidir), dövlət xadimi Əli Həsənov (baş nazirin sabiq müavini), akademik Akif Əlizadə.

Qaynamayan xətt

  • 05 Mart 2021
  • comments

Qadınlar: parlamentdə və…

  • 05 Mart 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Çempionlar Liqasının komandaları

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda