• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

  • 05 Mart 2021
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiXəbər

Martın 11-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan göndərilmiş şikayətlər üzrə qərarlar elan edəcək. Novator.az hüquqşünas Xalid Ağalıyevə istinadla qısa arayışı diqqətə çatdırır:

Vüqar Əliyevin şikayəti

Bu iş siyasi fəalın qanunsuz silah saxlamağa görə ittiham və məhkum edilməsi ilə bağlıdır.

Ərizəçi Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş ədalətli məhkəmə araşdırması və şəxsi həyata hörmət hüquqlarına müdaxilə olunduğunu iddia edir.

Rəvan Səbzəliyevin şikayəti

Səbzəliyev türk ilahiyyatçı Səid Nursinin dini məzmunlu məqalələrini evində azyaşlılara tədris etdiyi üçün məhkum olunub.

10 aydan artıq həbsdə saxlanmış ərizəçi hesab edir ki, onun dini etiqad azadlığına müdaxilə baş verib.

Natiq Mirzəyevin şikayəti

Ərizəçi məhkum edilmiş məhbusdur. O, tibbi müalicə üçün həbsxana rəhbərliyinə müraciət edib, müraciətinə baxılmasının məzmunu onu qane etmədiyindən həbsxana rəhbərliyini məhkəməyə verib.

Mirzəyev hesab edir ki, onun müraciəti üzrə çalışmalar ədalətli məhkəmə araşdırması hüququna uyğun olmayıb.

İmanzadə Məmmədovanın şikayəti

Ərizəçi Rusiyanın Soçi şəhərində yaşayan Rusiya vətəndaşıdır. O, “Yehova şahidləri” dini icmasının üzvü olaraq Zaqatala şəhərində dini toplantı keçirib. Polis toplantıya müdaxilə edib, ərizəçi yerli polis şöbəsinə aparılıb, bir neçə saat orada saxlanıb, ona inzibati cərimə cəzası tətbiq edilib. Bir neçə gün sonra yenidən polisə çağırılan ərizəçi saxlanıb və ölkədən çıxarılana qədər nəzarətdə tutulub. Yerli məhkəmələr ərizəçinin nümayəndəsinin şikayətlərini rədd edib.

Ərizəçi dini etiqad, azadlıq və toxunulmazlıq, mülkiyyət hüquqlarına müdaxilənin baş verdiyini iddia edir.

Durnisə Əhmədovanın şikayəti

Xuliqanlıq cinayətinə görə məhkum edilmə ilə bağlı olan bu işdə ərizəçi hesab edir ki, onunla bağlı məhkəmə araşdırmaları ədalətli olmayıb.

Rzamov və başqalarının şikayəti

Bu işdəki 9 ərizəçi türk ilahiyyatçı Səid Nursinin tərəfdarlarıdır. Onlar dini toplantıların keçirilməsi kontekstində saxlandıqlarını, qanunsuz rəftara məruz qaldıqlarını iddia edirlər.

Ərizəçilər azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, dini etiqad azadlığı hüquqlarına müdaxilə olunması məsələsini qaldırıblar.

Məmmədovun şikayəti 2016-cı ildə təqdim edilib. Məhkəmənin bazasında işin detalları haqda bilgi verilmir.

24476 nəfər, 627,4 milyon manat

  • 05 Mart 2021
  • comments

Prezident: “Məcbur edəcəyik onları”

  • 05 Mart 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Çempionlar Liqasının komandaları

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda