Mərkəzi Bank martın 5-də ABŞ dollarına yenə 1,7 manat qiymət qoyub. Bu məzənnə martın 9-dək qüvvədə olacağından sabitliyin 3 ili tamamlanır.
2015-ci ilin devalvasiyaları nəticəsində dolların rəsmi kursu 0,7844 manatdan 1,5594 manata yüksəlib.
2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatıb.
2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.
Dövlət Neft Fondu Mərkəzi Bankın 2021-ci ilin yanvar-fevral aylarında keçirdiyi valyuta hərraclarında 1 milyard 82,2 milyon ABŞ dolları məbləğində vəsait satıb.
Yanvarın hərraclarında fonddan 644,9 milyon dollar, fevralın hərraclarında 437,3 milyon dollar alınıb.
Fond manatı qorumağa 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard dollar sərf edib.