• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ermənistan 2018-ci ilə dönür?

  • 02 Mart 2021
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetŞərh

Ermənistanın baş naziri Nikol Paşinyan konstitusiya islahatı anonsu verib. Martın 1-i paytaxt Yerevanda keçirilən mitinqdə çıxış edən baş nazir yarı prezident idarə üsuluna qayıtmağa tərəfdar olduğunu vurğulayıb, bunun üçün 2021-ci ilin oktyabr ayına konstitusiya referendumu təyin ediləcəyini deyib.

Novator.az bildirir ki, Ermənistanın Konstitusiyası 1995-ci il iyulun 5-i referendumda qəbul olunub. 2005-ci il noyabrın 27-də keçirilən referendumda ana qanuna əlavə və dəyişikliklər edilib.

Konstitusiyanın 1995 və 2005-ci il variantları ilə ölkədə yarı prezident idarə üsulu tətbiq olunub, hökumət iki ümumxalq seçkisinin – prezident və parlament seçkilərinin nəticələri əsasında formalaşıb.

2015-ci ilin 6 dekabr referendumunda konstitusiya bir daha yenilənib. Konstitusiya dəyişiklikləri yarı prezident idarə üsulundan parlament idarə üsuluna keçidi nəzərdə tutub.

Bu sistemə görə, 2018-ci il aprelin 9-dan icra hakimiyyətinə və dövlət idarəçiliyinə ümumi rəhbərlik hökumətə keçib, Silahlı Qüvvələr hökumətə tabe olub, baş nazir müharibə vaxtı ali baş komandanlıq etmək hüququ alıb.

2015-ci ildəki konstitusiya islahatı o vaxt prezident postunu tutan Ermənistan Respublika Partiyasının sədri Serj Sərkisyanın təşəbbüsü olub.

Serj Sərkisyan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulub. Dağlıq Qarabağdan olan Robert Köçəryan 1998-ci ilin fevralından baş nazir kimi prezident səlahiyyətlərini icra edib, 1998 və 2003-cü illərdə dövlət başçısı seçilib. 2008-ci ildə onu Serj Sərkisyan əvəzləyib, 2013-cü ildə prezident kürsüsünü əlində saxlayıb.

2018-ci il aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan Ermənistan Respublika Partiyasının çoxluqda olduğu parlamentdə baş nazir seçilib, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək istefa verib.

Xalq etirazlarına Nikol Paşinyan başçılıq edib. Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasının lideridir. O, 2018-ci il mayın 8-dən baş nazir postuna keçib. 2018-ci il dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində Nikol Paşinyanın “Mənim addımım” bloku qələbə qazanaraq hökumət qurub. “Mənim addımım” bloku 132 deputatdan ibarət parlamentdə 83 mandatla təmsil edilir.

Ermənistan parlamenti proporsional sistemlə formalaşır. Baş nazir postuna prezident parlament seçkisində qalib gəlmiş partiyanın nümayəndəsini təyin edir.

Dövlət başçısı funksiyası daşıyan prezident parlamentdə seçilir. Onun səlahiyyət müddəti 7 ildir.

Konstitusiyaya görə, yeni seçilmiş parlament fəaliyyətə başlayan gün prezident hökumətin istefasını qəbul edir. Nazirlər Kabineti üzvləri baş nazirin təqdimatı ilə təyin olunur.

Prezident xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələri, Silahlı Qüvvələrinin ali komandan heyətini baş nazirin təqdimatı ilə vəzifəyə təyin edir.

Konstitusiyanı pozmaq, dövlətə xəyanət və başqa ağır cinayətlərə görə prezident vəzifəsindən kənarlaşdırıla bilər. Bu halda parlament Konstitusiya Məhkəməsinin rəyini alandan sonra deputatların ən azı üçdə iki səs çoxluğu ilə qərar çıxarır.

İndiki prezident Armen Sərkisyan 2018-ci il martın 2-də seçilib, həmin il aprelin 9-da səlahiyyətlərinin icrasına başlayıb. 1953-cü il təvəllüdlü Armen Sərkisyan 1992-1995-ci, 1998-2000-ci və 2013-2018-ci illərdə Ermənistanın Böyük Britaniyada səfiri olub, müxtəlif illərdə Ermənistanı Avropa İttifaqında, Belçika, Niderland, Lüksemburq və Vatikanda təmsil edib. 1996-cı ilin noyabrından 1997-ci ilin fevralınadək baş nazir postunu tutub.

Ermənistanda dövlət çevrilişi ehtimalı

Köçəryan istefa tələbinə dəstək verdi

Ermənistandakı gərginlik Bakıdan necə görünür?

Paşinyan müqavimət qarşısında dirənir

Paşinyan qələbəliyi nə deməkdir?

İşıq dirəyi (hekayə)

  • 02 Mart 2021
  • comments

Paytaxtın işsizlik statistikası

  • 02 Mart 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda