İşçi və maaş statistikası
Dövlət Statistika Komitəsi bildirir ki, 2021-ci il yanvarın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 691,8 min nəfər olub, onların 910,8 min nəfəri dövlət sektorunda, 781 min nəfəri qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Orta aylıq nominal əməkhaqqı 707,3 manat gö...
Ermənistan Qarabağa əsgər göndərməyi dayandırdı
Ermənistanda hərbi çağırışçıların Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə göndərilməsi tam dayandırılıb. Novator.az bildirir ki, xəbəri fevralın 9-da hərbi dairələrə istinadla Armeniasputnik.am saytı yayıb. Məlumata görə, fevralın 1-dən başlanan qış çağırışı zamanı ermənistanlı gənclər müddətli hərbi ...
Meşələrə qulluq hesabatı
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 2020-ci ildə 10382 hektar meşə fondu sahələrində bərpa tədbirləri həyata keçirib. Rəsmi hesabata görə, 527,3 hektar sahədə meşə əkini, 121,2 hektar sahədə meşə səpini aparılıb, 68,5 hektar sahədə meşə-bağlar, 5 hektar sahədə t...
Britaniyalı nazirlə müzakirələr
Prezident İlham Əliyev fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlət nazirini salamlayan İlham Əliyev deyib: “Çox yaxşı siyasi təmaslarımız, çox fəal siyasi dialoqumuz var. Enerji sahəsində əm...
Navalnının yerinə Navalnaya?
Ötən il Belarusda prezident seçkisi ərəfəsində gözlənilməz hadisə baş verdi: həbsdə olan müxalif bloqçu Sergey Tixanovskinin xanımı Svetlana Tixanovskaya rejimin təqib etdiyi daha iki şəxsin həyat yoldaşı ilə birlikdə siyasi meydana atıldı, prezidentliyə namizəd oldu, Belarus lideri Aleksandr Lukaşe...
Bahalaşma faizi
Dövlət Statistika Komitəsi istehlak bazarında qiymətlərin dəyişməsi haqqında hesabat yayıb. Novator.az bildirir ki, rəsmi açıqlamaya görə, 2021-ci ilin yanvar ayında istehlak qiymətləri 2020-ci ilin yanvar ayına nisbətən 3,3 faiz yüksəlib. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının 4,6 faiz, ...
Merkelə alqış
Almaniyada hakim partiyanın – Xristian Demokrat İttifaqının sədri dəyişib: kansler Angela Merkeli Armin Laşet əvəzləyib. 1954-cü il təvəllüdlü Angela Merkel siyasətə 1990-cı ildə qoşulub, əvvəl Xristian Demokrat İttifaqının üzvü, sonra isə parlamentin bu partiyadan deputatı olub. 1991-ci ildə Xristi...
Aksiya davam edir
Məhbus jurnalist Polad Aslanov aclıq aksiyasını davam etdirir. “Turan”ın 8 fevral məlumatına görə, Ombudsman Aparatının nümayəndələri Bakı İstintaq Təcridxanasında Polad Aslanova baş çəkiblər. Jurnalistin vəziyyətinin normal olduğu, onun sərbəst hərəkət etdiyi bildirilir. Polad Aslanov adi kamerada ...
Yoluxma və itki statistikası
Rəsmi hesabata görə, fevralın 9-dək Azərbaycanda 231198 nəfər koronavirus infeksiyasına yoluxub, 3161 xəstə vəfat edib. 2019-cu ilin dekabr ayında Çində üzə çıxıb dünyanı bürüyən yeni növ koronavirusa ölkədə ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb. Novat...
Qarabağ məsələsi cümhuriyyət parlamentində (4)
Solmaz Rüstəmova-Tohidi Tarix elmləri doktoru 4-cü hökumətin təşkili Müsavat Partiyasının rəhbərlərindən, əvvəlki hökumətlərdə maarif naziri olmuş Nəsib bəy Yusifbəyliyə tapşırılır. Aprelin 14-də, parlamentin 29-cu iclasında yeni hökumət başçısının mə’buslar qarşısında bəyanat xarakterli elə ilk çıx...
İki general ehtiyata buraxılıb
Azərbaycan Ordusunun iki birlik komandiri – general-leytenant, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov ehtiyata buraxılıb. Xəbəri fevralın 8-də APA Müdafiə Nazirliyinə istinadla yayıb. Yanvarın 28-də Müdafiə Nazirliyi general-polkovnik Nəcməddin Sadıqovun...
Koronavirusun 4 minə yaxın yeni növü aşkarlanıb
İndiyədək dünyada koronavirus infeksiyasının mutasiyaya uğramış 4 minə yaxın yeni növü aşkarlanıb. Novator.az-ın məlumatına görə, bunu Britaniya hökuməti açıqlayıb. Hökumətin peyvəndlərin tətbiqi prosesinə nəzarəti həyata keçirən məsul nümayəndəsi Nadim Zahavi deyib ki, infeksiyanın yeni ştamları ar...
Koronavirusun yeni simptomu? – “NBC News”
ABŞ-ın “NBC News” kanalının internet səhifəsində koronavirusun ehtimal edilən yeni simptomu haqda yazı dərc olunub. Novator.az saytı yazını ingiliscədən çevirərək təqdim edir. Koronavirusun qəribə əlamətləri siyahısına biri də əlavə oluna bilər: dilin rənginin dəyişməsi, şişməsi və ağız boşluğunda d...
Baş Prokurorluğun yeni inzibati bina kompleksi
Fevralın 8-də prezident İlham Əliyev Baş Prokurorluğun yeni inzibati bina kompleksinin açılışında iştirak edib. AZƏRTAC-ın məlumatına görə, kompleks paytaxtın Binəqədi rayonunda yerləşir. Baş prokuror Kamran Əliyev dövlət başçısına deyib ki, dörd korpusdan ibarət kompleksdə Baş Prokurorluğun altı id...
Mənfəət və zərər
Banklar Assosiasiyasına istinad edən iqtisadçı Rövşən Ağayev yazır ki, Azərbaycanın 26 bankının 23-ü 2020-ci ili mənfəətlə başa vurub: “Sektor üzrə mənfəətin həcmi 616 milyon manat göstərilib. Bunun 555 milyon manatı 5 banka aid olub: “Kapital Bank”, “Paşa Bank”, “Xalq Bank”, Beynəlxalq Bank və “Ban...
Kimin borcu?
2021-ci ilin dövlət büdcəsindən xarici borca xidmət üçün 2 milyard 31,7 milyon manata yaxın vəsait ayrılıb. Novator.az-ın məlumatına görə, iqtisadçı Qubad İbadoğlu yazır ki, bu, əvvəlki illə müqayisədə 21,6 faiz çoxdur və bütövlükdə büdcə xərclərinin 7,7 faizi qədərdir: “Bu məbləği əslində icraçılar...
Rəssam Fuad Tahir: “İncəsənətin bütün sahələri Bakı ilə vidalaşıb”
Rəssam Fuad Tahir Novator.az saytının suallarını cavablandırıb. – Fuad bəy, rəssamlıq da peşədir? – Rəssamlıq heç vaxt peşə olmayıb. Bu, şüuraltının fərdi qaydada əks etdirilməsi üsuludur. Fikir vermisinizsə, hər kəs uşaq vaxtı nəsə cızır, öz duyğularını nəyəsə bənzətməyə çalışır. Bu, g...
Ticarət statistikası nəyi nişan verir?
İqtisadçı Natiq Cəfərli pərakəndə ticarət statistikasının iki məqamına nəzər salıb. Novator.az-ın məlumatına görə, o yazır ki, Dövlət Statistika Komitəsi 2020-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,2 milyard manatlıq məhsul satıldığını bəyan edib: “Dövriyyənin 21,7 milyard manatı ər...
Yaşıl meydanlarda
Novator.az Avropanın aparıcı milli futbol çempionatlarının gedişinə nəzər salıb. İngiltərə çempionatında “Mançester Siti” 50 xalla ilk kürsüdədir. “Mançester Yunayted”in 45, “Lester”in 43, “Liverpul”un 40, “Çelsi” və “Vest Hem”in 39 xalı var. İspaniya çempionatında “Atletiko” 50 xalla liderdir. “Rea...
Qarabağ məsələsi cümhuriyyət parlamentində (3)
Solmaz Rüstəmova-Tohidi Tarix elmləri doktoru II hissə Cümhuriyyət parlamentinin Qarabağda vəziyyətə dair 20 dekabr 1918-ci il iclasında hökumət başçısının hesabat çıxışının heç də birmənalı razılıqla qarşılanmaması Fətəli xan Xoyskinin bəzi məsələlərə dair bir neçə dəfə təkrar etdiyi “deyə bilmirəm...