Novator.az xarici valyutaların yanvar-fevral məzənnələrinə nəzər salıb.
Avro 2021-ci ilə 2,0854 manatla başlayıb. Ən yüksək rəsmi kurs yanvarda 2,0958 manat, fevralda 2,0697 manat olub.
Gürcüstan larisi 0,5144 manatla start götürüb. Rəsmi zirvə yanvarda 0,5170 manat, fevralda 0,5176 manat göstərilib.
Rusiya rublu yola 0,0229 manatla çıxıb. Yanvarda və fevralda maksimal məzənnə 0,0232 manat səviyyəsində rəsmiləşib.
Türkiyə lirəsinin ilkin qiyməti 0,2291 manat, yanvarın yuxarı həddi 0,2327 manat, fevralınkı 0,2442 manatdır.
2015-ci ilin devalvasiyaları nəticəsində dolların rəsmi məzənnəsi 0,7844 manatdan 1,5594 manata yüksəlib.
2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatıb.
2017-ci ilin fevralında maksimal qiymət qeydə alınıb: 1,92 manat. Həmin ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.
Dövlət Neft Fondu Mərkəzi Bankın yanvar ayında keçirdiyi valyuta hərraclarında 644,9 milyon ABŞ dolları məbləğində vəsait satıb.
2016-2020-ci illərin valyuta hərraclarında Dövlət Neft Fondundan 28,9 milyard dollar məbləğində vəsait alınıb. Manatı qorumağa 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard dollar sərf edilib.