• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ermənistandakı gərginlik Bakıdan necə görünür?

  • 26 Fevral 2021
  • Posted in Dünyanın səsiŞərh
0
SHARES
FacebookTwitterPinterest

Fevralın 23-də Ermənistan televiziyalarının birinə müsahibə verən baş nazir Nikol Paşinyan ötən ilin payızındakı Qarabağ müharibəsi zamanı ölkəsinin Rusiya istehsallı “İskəndər” raketləri tətbiq etdiyini, ancaq bu silahın gözlənən effekti vermədiyini deyib. Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin birinci müavini Tiran Xaçatryan bu açıqlamanı tənqid edib. Fevralın 24-də prezident Armen Sərkisyan Nikol Paşinyanın təqdimatını nəzərə alaraq Tiran Xaçatryanı vəzifədən azad edib.

Fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat yayaraq Nikol Paşinyanın istefası tələbini irəli sürüb. Baş Qərargahın rəisi Onik Qasparyanın, onun müavinlərinin, idarə rəislərinin, iri hərbi birləşmələrin komandirlərinin imzaladığı bəyanatda Tiran Xaçatryanın Baş Qərargah rəisinin birinci müavini postundan çıxarılmasına etiraz bildirilib.

Hərbçilərin bəyanatı Nikol Paşinyanın sərt etirazına səbəb olub. O, bəyanatı dövlət çevrilişi cəhdi kimi qiymətləndirib, tərəfdarlarını paytaxt Yerevanın Respublika meydanına toplayıb, mitinq və yürüş keçirilib. Baş nazir Onik Qasparyanın da vəzifədən götürülməsi üçün prezident Armen Sərkisyana təqdimat verib.

Ermənistanın bir qrup müxalif partiyası isə istefa tələbinə dəstək verir. Müxalif fəallar fevralın 25-dən paytaxtda fasiləsiz aksiya keçirir.

Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli yazır ki, Ermənistanda dövlət çevrilişinə start verilib: “Ermənistandakı rusiyapərəst qüvvələr Nikol Paşinyanı çoxdan devirmək istəyirdilər. Ancaq erməni xalqı Paşinyan əleyhdarlarına dəstək vermədi. Paşinyanın istefasını tələb edənlər meydana yalnız bir neçə min nəfər çıxara bilmişdi. Mülki siyasi qüvvələr Paşinyana qarşı ortaya ciddi qüvvə qoya bilmədikdən sonra Ermənistan ordusu bu təşəbbüsü üzərinə götürüb. Ermənistan ordu rəhbərliyinin demək olar ki, tam tərkibdə öz hökumətlərinə qarşı çıxması qətiyyən təsadüfi və ordu rəhbərliyinin özfəaliyyəti sayıla bilməz. Dövlət çevrilişi cəhdinin arxasında, şübhəsiz ki, Ermənistan ordusunun bağlı olduğu və Paşinyanı çoxdan devirmək istəyən xarici dövlət dayanır.

Paşinyanın hakimiyyətdə qalması hazırkı şəraitdə Azərbaycanın dövlət maraqlarına daha uyğundur. Ermənistandakı rusiyapərəst qüvvələr Paşinyanı devirib iqtidar ola bilsələr, Rusiyanın Ermənistana dəstəyi dəfələrlə artacaq. Rusiya iqtidarı ələ keçirəcək rusiyapərəst qüvvələrin nüfuzunu artırmaq üçün onların ordusunu daha yaxşı silahlandıracaq. Qarabağ bölgəsində də Ermənistanın “yeni” rəhbərliyinin xeyrinə, bizim ziyanımıza əlavə addımlar da atıla bilər.

Ermənistanda hakimiyyətin taleyi erməni xalqının dirənişindən asılı olacaq. Biz Azərbaycan olaraq bütün neqativ ssenarilərə hazır olmalıyıq”.

Müsavat başqanı Arif Hacılı qeyd edir ki, Ermənistanda yeni siyasi böhran Nikol Paşinyanın Rusiya istehsalı olan “İskəndər” raketlərinin effektiv olmaması barədə açıqlamasından sonra başlayıb: “Rusiya silahının onsuz da düşmüş nüfuzuna daha bir zərbə olan bu açıqlama Kremli qəzəbləndirib. Yerevanda qarşıdurmanın məhz bu motivlə kəskinləşməsi təsadüfi deyil. Tərəfləri məğlubiyyət acısı birləşdirib. 44 günlük müharibədə Azərbaycan Ordusuna məğlub olmuş Ermənistan ordusu Türkiyə silahına məğlub olmuş Rusiya silahının müdafiəsinə qalxıb.

Biz dünyada və xüsusilə qonşu dövlətlərdə hər hansı xaosun, qanundankənar toqquşmaların, hərbi çevrilişlərin əleyhinəyik. Ermənistanda siyasi hakimiyyətin taleyi hərbi müdaxiləsiz, xalqın iradəsi ilə həll olunmalıdır”.

Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli yazır ki, Ermənistan ordusunun Paşinyanı istefaya çağırması hərbi çevriliş cəhdidir: “Belə bir addım Moskvanın istəyi olmadan mümkün deyil. Rusiya tələsir, bu da heç yaxşı əlamət deyil, əgər Nikol Paşinyan devrilsə, onun yerinə gətirəcəyi şəxsə legitimlik və hörmət qazandırmağa çalışacaq, o şəxs daha militarist və revanşist mövqe tutmağa məhkum olacaq.

Paşinyanın yerinə gətirəcəyi şəxsə “hörmət” qazandırmaq üçün Kreml Qarabağda və sərhəd bölgələrində ermənilərin əli ilə təxribatlar törədə, çox ağır durum yarana bilər.

Nikol Paşinyan hərbi çevrilişin qarşısını ala bilsə, Ermənistan Moskvadan daha da uzaqlaşacaq, Kreml Azərbaycanda təxribatlarını davam etdirsə (zatən hər gün bunu edir) rəsmi Bakıdan da uzaq düşəcək”.

Ermənistanda dövlət çevrilişi ehtimalı

Köçəryan istefa tələbinə dəstək verdi

Prezident İlham Əliyev mətbuat konfransı keçirib V...

  • 26 Fevral 2021

Ziyarət

  • 26 Fevral 2021

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Rusiya səfərbərliyə hazırlaşır? – “Bild” yeni məlumat əldə edib

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Təhlükə var

comments
Dünyanın səsiXəbər

Separatçılar geri dönür

comments
Dünyanın səsiManşetXəbər

Neftsiz ixracın lider ünvanları

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Rusiya səfərbərliyə hazırlaşır? – “Bild” yeni məlumat əldə edib

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Rusiya səfərbərliyə hazırlaşır? – “Bild” yeni məlumat əldə edib

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Təhlükə var

comments
Dünyanın səsiXəbər

Separatçılar geri dönür

comments
Dünyanın səsiManşetXəbər

Neftsiz ixracın lider ünvanları

comments
Dünyanın səsiManşetXəbər

Hacıqabuldan Rusiyaya mesaj

comments
Dünyanın səsiManşetXəbər

Rusiya ora 100 mindən çox qoşun yığıb – Jozep Borrel

comments
Dünyanın səsiXəbər

ABŞ-ın Rusiyadakı səfiri məsləhətə gedir

comments
Dünyanın səsiManşetXəbər

Media azadlığı: Azərbaycan 180 ölkə arasında 167-cidir

comments
Dünyanın səsiXəbər

Gələn 4,4 dəfə, gedən 8,4 dəfə azalıb

comments
Dünyanın səsiXəbər

Türkiyəli sürücülər nədən gileylənir?

comments
Dünyanın səsiManşetŞərh

Parad hazırlığına etiraz

comments
Dünyanın səsiManşetŞərh

Gənclərdə pandemiya yorğunluğu – “Deutsche Welle”

comments
Dünyanın səsiXəbər

Koronavirus statistikasında

comments
Dünyanın səsiManşetXəbər

Azərbaycanın əsas ticarət tərəfdaşları

comments
Dünyanın səsiManşetXəbər

Rusiya Krımda yeni hərbi düşərgə salır – “Şpigel”

comments
Dünyanın səsiXəbər

Diplomatik korpusda təyinatlar

comments
Dünyanın səsiManşetŞərh

Üsyanın şərhi

comments
ManşetŞərh

Avtomobil istehsalı???

comments
Dünyanın səsiXəbər

Təyyarədə boş yerlər sərnişinləri infeksiyadan qoruya bilirmi?

comments
Dünyanın səsiManşetŞərh

“Ağıllı kənd”ə hazırıqmı?

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda