
16-lıq müəyyənləşdi
- 26 Fevral 2021
- Posted in Dünyanın səsiXəbər
UEFA Avropa Liqasının 1/16 finalı başa çatıb. Novator.az-ın məlumatına görə, 1/8 finala bu komandalar vəsiqə alıb: “Tottenhem” (İngiltərə), “Dinamo” (Ukrayna), “Mançester Yunayted” (İngiltərə), “Arsenal” (İngiltərə), “Milan” (İtaliya), “Reyncers” (Şotlandiya), “Slaviya” (Çexiya), “Vilyarreal” (İspaniya), “Roma” (İtaliya), “Dinamo” (Xorvatiya), “Yanq Boyz” (İsveçrə), “Molde” (Norveç), “Qranada” (İspaniya), “Şaxtyor” (Ukrayna), “Ayaks” (Niderland), “Olimpiakos” (Yunanıstan).
1/8 finalın püşkü fevralın 26-da atılacaq.
1971-ci ildən keçirilən, 2008-cı ilədək UEFA kuboku adlanmış turnirdə “Tottenhem” 2, “Ayaks”, “Şaxtyor”, “Mançester Yunayted” 1 titul qazanıb.