• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Köçəryan istefa tələbinə dəstək verdi

  • 25 Fevral 2021
  • Posted in Dünyanın səsiManşetXəbər
0
SHARES
FacebookTwitterPinterest

Ermənistanın sabiq prezidenti Robert Köçəryan Nikol Paşinyanın istefası tələbinə qoşulub. Novator.az-ın məlumatına görə, fevralın 25-də özünün “Teleqram” kanalında açıqlama yayan Robert Köçəryan xalqı Silahlı Qüvvələrin Baş Qərargahı və ordu ilə həmrəy olmağa çağırıb: “Müharibəni uduzan, torpağı təslim edən hakimiyyət getməlidir”.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də bəyanat yayaraq baş nazir Nikol Paşinyanın istefası tələbini irəli sürüb. Baş Qərargahın rəisi Onik Qasparyanın, onun müavinlərinin, idarə rəislərinin, iri hərbi birləşmələrin komandirlərinin imzaladığı bəyanatda Tiran Xaçatryanın Baş Qərargah rəisinin birinci müavini postundan çıxarılmasına etiraz bildirilib.

Tiran Xaçatryanı prezident Armen Sərkisyan fevralın 24-də Nikol Paşinyanın təqdimatı ilə vəzifədən azad edib.

40-dan çox hərbçinin imzaladığı bəyanat Nikol Paşinyanın sərt etirazına səbəb olub. O, bəyanatı dövlət çevrilişi cəhdi kimi qiymətləndirib, tərəfdarlarını paytaxt Yerevanın Respublika meydanına toplaşmağa çağırıb, Onik Qasparyanın da vəzifədən götürülməsi üçün prezident Armen Sərkisyana təqdimat verib.

Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasının lideridir. Hökumətə 2018-ci il mayın 8-dən başçılıq edir.

Ermənistanın bir qrup müxalif partiyası Qarabağ razılaşmasından narazı qalaraq Nikol Paşinyanın istefası tələbini irəli sürür. Onlar siyasətçi Vazgen Manukyanın müvəqqəti baş nazir olmasını, növbədənkənar parlament seçkisi keçirilməsini istəyir.

Vətəni Xilas Hərəkatında birləşən Vazgen Manukyan tərəfdarları fevralın 25-də Baş Qərargaha dəstək bəyanatı yayaraq xalqı paytaxtın Azadlıq meydanında mitinqə səsləyib.

Nikol Paşinyanın tərəfdarları Yerevanın mərkəzində yürüş keçirib. Küçələrə çıxan müxalif fəallarla onların arasında toqquşmalar qeydə alınıb.

1954-cü il təvəllüdlü Robert Köçəryan Azərbaycana qarşı işğalçı müharibənin rəhbərlərindən biridir. 1992-ci ildən Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib, 1997-ci ildən Ermənistanda baş nazir, 1998-ci ildən prezident postlarını tutub.

2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkisində hakimiyyət işğalçı müharibənin qaniçən liderlərindən olan baş nazir Serj Sərkisyana ötürülüb. Müxaliflər paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.

2018-ci ildə Serj Sərkisyan hakimiyyəti çökəndən sonra bu iş üzrə istintaq yenilənib. Xüsusi İstintaq Xidməti Robert Köçəryanı 1 mart 2008-ci il qırğınının istintaqına cəlb edib, 2018-ci il iyulun 26-da ona cinayət işi qaldırıb. Sabiq prezident dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittiham edilir. O, xüsusilə külli miqdarda rüşvət almaqda da günahlandırılır.

2018-ci il iyulun 27-də Robert Köçəryan 2 ay müddətinə həbs edilib, avqustun 13-də azadlığa buraxılıb. Həmin il dekabrın 7-də Robert Köçəryan yenə tutulub, 2019-cu il mayın 18-də pul girovu ilə azadlığa çıxıb. 2019-cu il iyunun 25-də Robert Köçəryan yenidən həbs edilib, sentyabrın 12-də Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmədə mühakimə prosesi başlayıb. Sabiq prezidentlə birgə general-polkovniklər Seyran Ohanyan, Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorkyan mühakimə olunur.

Ermənistanın Apellyasiya Məhkəməsi 2020-ci il iyunun 18-də Robert Köçəryanın pul girovu müqabilində azadlığa buraxılması barədə qərar verib. İyunun 19-da sabiq prezident azadlığa buraxılıb.

Robert Köçəryan Rusiyanın “Sistema” investisiya şirkətinin Direktorlar Şurasının üzvüdür.

Ermənistanda dövlət çevrilişi ehtimalı

Açılış, təqdimat, görüş

  • 25 Fevral 2021

Dövlət şikayətçilərin bir qismi ilə barışıb

  • 25 Fevral 2021

Son materiallar

comments
Xəbər

31733 aktiv xəstə var

comments
Xəbər

“Qarabağ”, ya “Neftçi”?

comments
Dünyanın səsiManşetXəbər

Rusiya səfərbərliyə hazırlaşır? – “Bild” yeni məlumat əldə edib

comments
Xəbər

2889 şəhid, 24 itkin

Rəylər

Do not miss

comments
Xəbər

31733 aktiv xəstə var

Son materiallar

comments
Xəbər

31733 aktiv xəstə var

comments
Xəbər

“Qarabağ”, ya “Neftçi”?

comments
Dünyanın səsiManşetXəbər

Rusiya səfərbərliyə hazırlaşır? – “Bild” yeni məlumat əldə edib

comments
Xəbər

2889 şəhid, 24 itkin

comments
Xəbər

Hasilat da azalıb, ixrac da

comments
Xəbər

Büdcənin üç ayı

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Təhlükə var

comments
Dünyanın səsiXəbər

Separatçılar geri dönür

comments
ManşetXəbər

Gömrükdə xəta: Konstitusiya Məhkəməsi yeni qərar çıxardı

comments
Dünyanın səsiManşetXəbər

Neftsiz ixracın lider ünvanları

comments
Dünyanın səsiManşetXəbər

Hacıqabuldan Rusiyaya mesaj

comments
Dünyanın səsiManşetXəbər

Rusiya ora 100 mindən çox qoşun yığıb – Jozep Borrel

comments
Xəbər

Hacıqabul səfərində

comments
Dünyanın səsiXəbər

ABŞ-ın Rusiyadakı səfiri məsləhətə gedir

comments
Dünyanın səsiManşetXəbər

Media azadlığı: Azərbaycan 180 ölkə arasında 167-cidir

comments
Xəbər

Zəngilanda yeni hərbi hissə

comments
ManşetXəbər

Səbinə Əvəzqızından təşəkkür

comments
Xəbər

Məişət tullantılarının 25 faizi enerjiyə gedib

comments
Dünyanın səsiXəbər

Gələn 4,4 dəfə, gedən 8,4 dəfə azalıb

comments
Dünyanın səsiXəbər

Türkiyəli sürücülər nədən gileylənir?

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda