• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İsveç vətəndaşı Rusiyaya casusluq etməkdə ittham olunur

  • 25 Fevral 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiXəbər

İsveç prokurorluğu Rusiyaya casusluq ittihamı ilə tutulmuş şəxs haqqında açıqlama yayıb.

Novator.az-ın məlumatına görə, adı çəkilməyən 47 yaşı İsveç vətəndaşının texniki məsləhətçi işlədiyi bildirilir.

Prokurorluğun ittihamına görə, o, avtomobil istehsalı ilə məşğul olan “Scania” və “Volvo Cars” şirkətlərinin fəaliyyəti haqda Rusiyaya məlumat satırmış.

Texniki məsləhətçi 2019-cu ilin fevralında paytaxt Stokholmdakı restoranlardan birində rusiyalı diplomatla yemək yeyərkən tutulub. Rusiyalı diplomatın əslində kəşfiyyat zabiti olduğu güman edilir.

Həmin vaxt İsveç vətəndaşı ilə birgə rusiyalı diplomat da tutulub, amma qısa müddət sonra diplomat sərbəst buraxılıb.

Rusiyalı diplomatın həbsi iki ölkə arasında diplomatik mübahisəyə səbəb olub. Ardınca rəsmi Stokholm iki rusiyalı elçiyə viza verməkdən imtina edib. Moskva isə buna cavab olaraq iki isveçli diplomatı ölkədən qovub.

Prokurorluq bildirir ki, İsveç vətəndaşı həbs olunduğu an Rusiyaya ötürdüyü məlumata görə 27 min 800 İsveç kronunu (3 min 355 ABŞ dolları) yenicə alıbmış. Prokurorluğun qənaətinə görə, ödənilən məbləğ informasiyanın Rusiya kəşfiyyatı üçün əhəmiyyət daşıdığını göstərir.

İttiham aktına əsasən, texniki məsləhətçi işdəki kompüterindən fərdi kompüterinə, sonra isə USB yaddaş qurğusuna qanunsuz olaraq materiallar köçürüb.

Prokurorluq hesab edir ki, bu əməl İsveçin təhlükəsizliyini zərbə altında qoyub, çünki Rusiyaya satılan məlumatlar avtomobil şirkətlərinə deyil, İsveç dövlətinə ziyan vurub.

Prokurorluğun bəyanatında zərərin nədən ibarət olduğu açıqlanmır, eləcə hər iki şirkətin – həm “Scania”, həm də “Volvo”nun dövlətlə hərbi müqavilələrinin olduğu bildirilir.

İttiham sübuta yetirilsə texniki məsləhətçini 6 ilədək həbs cəzası gözləyir.

İsveç Kəşfiyyat İdarəsinin 2020-ci ildə yaydığı illik hesabatda Rusiya və Çinin ölkə üçün ən böyük təhdid olduğu vurğulanır.

Mənbə: Themoscowtimes.com

Ağıllı idarəçilik

  • 25 Fevral 2021
  • comments

Ermənistanda dövlət çevrilişi ehtimalı

  • 25 Fevral 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hadisə
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda