• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ermənistanda dövlət çevrilişi ehtimalı

  • 25 Fevral 2021
  • Posted in Dünyanın səsiManşetXəbər
0
SHARES
FacebookTwitterPinterest

Fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat yayıb. Novator.az-ın məlumatına görə, Baş Qərargahın rəisi Onik Qasparyanın, onun müavinlərinin, idarə rəislərinin, iri hərbi birləşmələrin komandirlərinin imzaladığı bəyanatda baş nazir Nikol Paşinyanın istefası tələb olunur. Bəyanatda Tiran Xaçatryanın Baş Qərargah rəisinin birinci müavini postundan çıxarılmasına etiraz bildirilir.

Tiran Xaçatryanı prezident Armen Sərkisyan fevralın 24-də Nikol Paşinyanın təqdimatı ilə vəzifədən azad edib.

1971-ci il təvəllüdlü Tiran Xaçatryan general-leytenant, Ermənistanın Milli Qəhrəmanıdır. Azərbaycan torpaqlarının işğalının iştirakçısıdır. O, Baş Qərargah rəisinin birinci müavini postunu 2020-ci il iyunun 15-dən tuturdu.

40-dan çox hərbçinin imzaladığı bəyanat Nikol Paşinyanın sərt etirazına səbəb olub. O, bəyanatı dövlət çevrilişi cəhdi kimi qiymətləndirib, tərəfdarlarını paytaxt Yerevanın Respublika meydanına toplaşmağa çağırıb. Baş nazir Onik Qasparyanın da vəzifədən götürülməsi üçün prezident Armen Sərkisyana təqdimat verdiyini bəyan edib.

Onik Qasparyan 2020-ci il iyunun 8-dən Baş Qərargah rəisidir. O, 1988-1990-cı illərdə SSRİ Silahlı Qüvvələrində xidmət keçib. 1990-cı ildən könüllü kimi Ermənistan sərhədlərinin qorunmasında iştirak edib, 1993-cü ildən Ermənistan Ordusunun hərbi hissələrinin birində batalyon komandirinin müavini, polk qərargahı rəisinin müavini, kəşfiyyat rəisinin köməkçisi, kəşfiyyat rəisi, polk komandirinin müavini olub.

Rusiya Müdafiə Nazirliyinin Ali Zabit Kursunu, Rusiya Silahlı Qüvvələri Ümumqoşun Akademiyasını və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.

Müxtəlif hərbi hissələrə komandirlik edən, ordu korpuslarında məsul vəzifələr tutan Onik Qasparyan 2012-ci ildən korpus komandiri, 2016-cı ildən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin müavini, 2017-ci ildən birinci müavini olub.

2018-ci ilin aprelindən Ermənistanda icra hakimiyyətinin ali orqanı Nazirlər Kabinetidir, dövlət idarəçiliyinə rəhbərliyi baş nazir həyata keçirir. Nazirlər Kabineti üzvlərinin təyinatı baş nazirin təqdimatı ilə gerçəkləşir. 1975-ci il təvəllüdlü Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasının lideridir. Hökumətə 2018-ci il mayın 8-dən başçılıq edir.

Ermənistanın bir qrup müxalif partiyası Qarabağ razılaşmasından narazı qalaraq Nikol Paşinyanın istefası tələbini irəli sürür. Onlar siyasətçi Vazgen Manukyanın müvəqqəti baş nazir olmasını, növbədənkənar parlament seçkisi keçirilməsini istəyir.

1946-cı il təvəllüdlü Vazgen Manukyan Azərbaycan torpaqlarının işğalının əsas ideoloqlarından, 1988-ci ildə yaradılan “Qarabağ” komitəsinin qurucularından, Erməni Ümummilli Hərəkatının liderlərindən olub.

1990-cı ilin mayında parlamentin üzvü seçilib, avqust ayından hökumətə rəhbərlik edib.

1991-ci il noyabrın 22-də baş nazir postundan gedən Vazgen Manukyan Milli Demokrat İttifaqı adlı siyasi qurum yaradıb.

1992-ci ilin sentyabr ayından dövlət naziri, oktyabrın 20-dən 1993-cü il avqustun 21-dək müdafiə naziri postunu tutub.

1995-ci ildə parlamentin deputatı seçilib, 1996-cı ildə prezident seçkisində müxalifətin əsas namizədi olub.

2008-2019-cu illərdə Ermənistan İctimai Şurasına rəhbərlik edib.

Vətəni Xilas Hərəkatında birləşən Vazgen Manukyan tərəfdarları fevralın 25-də Baş Qərargaha dəstək bəyanatı yayaraq xalqı paytaxtın Azadlıq meydanında mitinqə səsləyib.

1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək istəyi ilə təcavüzə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan olunub. Bunun ardınca müharibə alovlanıb. 1994-ci ilin mayında elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı bölgələri işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunub.

Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putinin noyabrın 10-da açıqlanan birgə bəyanatı ilə hərbi əməliyyatlar dayandırılıb.

Dağlıq Qarabağda təmas xətti və bölgə ilə Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib.

Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi ermənilərin nəzarətində qalır.

İsveç vətəndaşı Rusiyaya casusluq etməkdə ittham o...

  • 25 Fevral 2021

Güvən mənə, inanım sənə

  • 25 Fevral 2021

Son materiallar

comments
Xəbər

31733 aktiv xəstə var

comments
Xəbər

“Qarabağ”, ya “Neftçi”?

comments
Dünyanın səsiManşetXəbər

Rusiya səfərbərliyə hazırlaşır? – “Bild” yeni məlumat əldə edib

comments
Xəbər

2889 şəhid, 24 itkin

Rəylər

Do not miss

comments
Xəbər

31733 aktiv xəstə var

Son materiallar

comments
Xəbər

31733 aktiv xəstə var

comments
Xəbər

“Qarabağ”, ya “Neftçi”?

comments
Dünyanın səsiManşetXəbər

Rusiya səfərbərliyə hazırlaşır? – “Bild” yeni məlumat əldə edib

comments
Xəbər

2889 şəhid, 24 itkin

comments
Xəbər

Hasilat da azalıb, ixrac da

comments
Xəbər

Büdcənin üç ayı

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Təhlükə var

comments
Dünyanın səsiXəbər

Separatçılar geri dönür

comments
ManşetXəbər

Gömrükdə xəta: Konstitusiya Məhkəməsi yeni qərar çıxardı

comments
Dünyanın səsiManşetXəbər

Neftsiz ixracın lider ünvanları

comments
Dünyanın səsiManşetXəbər

Hacıqabuldan Rusiyaya mesaj

comments
Dünyanın səsiManşetXəbər

Rusiya ora 100 mindən çox qoşun yığıb – Jozep Borrel

comments
Xəbər

Hacıqabul səfərində

comments
Dünyanın səsiXəbər

ABŞ-ın Rusiyadakı səfiri məsləhətə gedir

comments
Dünyanın səsiManşetXəbər

Media azadlığı: Azərbaycan 180 ölkə arasında 167-cidir

comments
Xəbər

Zəngilanda yeni hərbi hissə

comments
ManşetXəbər

Səbinə Əvəzqızından təşəkkür

comments
Xəbər

Məişət tullantılarının 25 faizi enerjiyə gedib

comments
Dünyanın səsiXəbər

Gələn 4,4 dəfə, gedən 8,4 dəfə azalıb

comments
Dünyanın səsiXəbər

Türkiyəli sürücülər nədən gileylənir?

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda