• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Parlamentin Məhkəmə-Hüquq Şurasında təmsilçisi dəyişdi

  • 23 Fevral 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Milli Məclisin deputatı Nizami Səfərov Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilib. Qərar parlamentin 23 fevral iclasında qəbul olunub.

Novator.az bildirir ki, 1960-cı il təvəllüdlü Nizami Səfərov 102 saylı Samux-Şəmkir seçki dairəsinin deputatı, hakim Yeni Azərbaycan Partiyasının üzvüdür.

Hüquq elmləri doktorudur. Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi, şöbə müdiri olub, Ədliyyə Nazirliyi sistemində müxtəlif vəzifələrdə işləyib, Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinə rəhbərlik edib. O, Məhkəmə-Hüquq Şurasında səlahiyyət müddəti çatan Ziyafət Əsgərovu əvəzləyir.

Məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqan kimi 2005-ci ildə fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurası 15 üzvdən ibarət olmalıdır. Ədliyyə naziri və Ali Məhkəmənin sədri vəzifəyə görə Məhkəmə-Hüquq Şurasının üzvləri hesab edilirlər.

Qalan üzvlərin müəyyənləşmə mexanizmi belədir:

prezidentin təyin etdiyi şəxs;

Milli Məclisin təyin etdiyi şəxs;

Konstitusiya Məhkəməsinin təyin etdiyi hakim;

hakim assosiasiyalarının təklif etdiyi namizədlər sırasından Ali Məhkəmənin seçdiyi kassasiya instansiyası məhkəməsinin iki hakimi;

hakim assosiasiyalarının təklif etdiyi namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi apellyasiya məhkəmələrinin iki hakimi;

hakim assosiasiyalarının təklif etdiyi namizədlər sırasından Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin seçdiyi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi;

hakim assosiasiyalarının təklif etdiyi namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi birinci instansiya məhkəməsinin iki hakimi;

Ədliyyə Nazirliyinin təyin etdiyi şəxs;

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin təyin etdiyi vəkil;

Baş Prokurorluğun təyin etdiyi şəxs.

Məhkəmə-Hüquq Şurası üzvlərinin səlahiyyət müddəti beş ildir.

Sədr Məhkəmə-Hüquq Şurası üzvlərinin sadə səs çoxluğu ilə seçilir. Onun səlahiyyət müddəti beş ildir.

Yarandığı gündən Məhkəmə-Hüquq Şurasına ədliyyə naziri Fikrət Məmmədov sədrlik edir.

Koronavirus: yoluxma və itki hesabatı

  • 23 Fevral 2021
  • comments

Navalnı Putini aşıra bilərmi? – Nina Xruşşov...

  • 23 Fevral 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda