• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Xarici valyuta: nağd əməliyyatlar 13,3% azalıb

  • 19 Fevral 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Mərkəzi Bank 2020-ci il üzrə pul siyasəti icmalı yayıb. Novator.az bildirir ki, hesabata görə, 2020-ci ildə valyuta bazarında əməliyyatların həcmi azalıb: “Nağdsız valyuta bazarında əməliyyatların həcmi əvvəlki ilə nəzərən 6,7% azalaraq 25,9 milyard ABŞ dolları ekvivalentində olub. Əməliyyatların 86,5%-i ABŞ dollarında, 13.5%-i digər valyutalarda aparılıb.

Bankların nağd xarici valyutanın alış və satışı üzrə apardığı əməliyyatların həcmi əvvəlki ilə nəzərən 13,3% düşərək 5,2 milyard ABŞ dolları ekvivalentində rəsmiləşib. Bunun 86,7%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. 2020-ci ildə Mərkəzi Bankda 102 valyuta hərracı keçirilib”.

Qeyd olunur ki, il ərzində manatla pul bazası 11,6% artaraq 13,6 milyard manata çatıb.

2015-ci ilin devalvasiyaları nəticəsində dolların rəsmi məzənnəsi 0,7844 manatdan 1,5594 manata yüksəlib.

2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatıb.

2017-ci ilin fevralında maksimal qiymət qeydə alınıb: 1,92 manat. Həmin ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.

Dövlət Neft Fondu Mərkəzi Bankın 2021-ci ilin yanvar ayında keçirdiyi valyuta hərraclarında 644,9 milyon ABŞ dolları məbləğində vəsait satıb.

2016-2020-ci illərin valyuta hərraclarında Dövlət Neft Fondundan 28,9 milyard dollar məbləğində vəsait alınıb. Manatı qorumağa 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard dollar sərf edilib.

Mərkəzi Bankın rəsmi hesabatına görə, fevralın 1-nə valyuta ehtiyatının həcmi 6 milyard 365,2 milyon dollar olub. 2021-ci il 6 milyard 369,4 milyon dollarla başlamışdı.

2015-ci ilin əvvəlinə valyuta ehtiyatı 13 milyard 758,3 milyon dollar göstərilib, ilin sonuna ehtiyatın həcmi 5 milyard 16,7 milyon dollara enib.

2017-ci ilin əvvəlinə ehtiyat 3 milyard 974,4 milyon dollar, 2018-ci ilin əvvəlinə 5 milyard 334,6 milyon dollar, 2019-cu ilin əvvəlinə 5 milyard 625,7 milyon dollar, 2020-ci ilin əvvəlinə 6 milyard 258 milyon dollar həcmində rəsmiləşib.

1/16 final yarılandı

  • 19 Fevral 2021
  • comments

Peyvəndlənməni məcburi etmək olarmı? – “Yeru...

  • 19 Fevral 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda