• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Arif Hacılı niyə polis bölməsinə çağırılıb?

  • 18 Fevral 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Fevralın 18-də polis əməkdaşları Müsavat Partiyasının başqanı Arif Hacılının Bakıdakı mənzilinə gələrək onu Yasamal Rayon Polis İdarəsinin 28-ci bölməsinə dəvət ediblər. Siyasətçiyə karantin qaydalarını pozduğu, buna görə inzibati protokol tərtib ediləcəyi bildirilib. Novator.az-ın əldə etdiyi məlumata əsasən, rəsmi çağırış sənədi olmadığı üçün Arif Hacılı polis bölməsinə getməyib.

Fevralın 14-də Müsavat başqanı partiya üzvləri ilə birlikdə Zaqatala rayonunda, fevralın 16-da Sabirabad və Cəlilabad rayonlarında şəhidlərin məzarlarını ziyarət edib. Arif Hacılı özünün “Facebook” səhifəsində yazır ki, ziyarət hakimiyyətin narahatlığına səbəb olub, polis hərəkətə keçib: “Arxamızca gəzib bizi izlədikləri bir yana, indi də ziyarətçi Müsavat üzvləri polisə çağırılır. Açıq havada, 10 nəfərdən az olan qrupların ziyarət mərasimi fotoya alınarkən bəzi Müsavat üzvlərinin tibbi maskaları çıxarmaları əsas gətirilir. Abşeron, Sabirabad, Biləsuvar və başqa rayonlarda polis qurumları hərəkətə keçib.

Fevralın 14-də Suraxanı rayonunda polis Müsavatın yerli təşkilatı üzvlərinin toplaşdığı bir məkana hücum edib 5 nəfəri qanunsuz olaraq saxlamış, onlara qarşı siyasi məzmunlu təhdidlərə yol vermişdi.

Aydındır ki, bu hərəkətlənmə heç də pandemiya ilə bağlı deyil. Hakimiyyət bütün təzyiqlərə, təhdidlərə baxmayaraq yenə də bütün ölkə miqyasında fəaliyyətimizdən, xüsusilə şəhidlərimizə sahib çıxmağımızdan narahatlıq keçirir.

Müsavat Partiyası olaraq bizim xalq qarşısında xüsusi missiyamız var. Bütün təzyiq və təhdidlər bizi bu missiyanı yerinə yetirməkdən heç vaxt çəkindirməyib və çəkindirməyəcək”.

Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq olunan xüsusi karantin rejimi ictimai yerlərdə 10 nəfərdən artıq qruplarda cəmləşməyə yasaq qoyur, bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə isə məcburidir.

Yardımın doğurduğu suallar

  • 18 Fevral 2021
  • comments

“Sputnik” peyvəndinin ən pis düşməni Rusiyanın özü...

  • 18 Fevral 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda