• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Saxta peyvənd düzəldən dəstənin başçısı həbs olunub

  • 17 Fevral 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiXəbər

Çin hökuməti saxta peyvənd düzəldib satan dəstənin başçısını həbs edib.

Onun adı Konqdur.

Konq Çində oxşar cinayətlərə görə həbs edilən 70 adamdan biridir.

Novator.az-ın məlumatına görə, dəstə ötən ilin avqust ayından fəaliyyətə başlayıbmış. Onlar gah duzlu suyu, gah da mineral suyu şprislərə yeridib koronavirus peyvəndi adı altında satırmışlar.

Konq və dəstəsinin əvvəlcə əsl peyvəndlərin necə qablaşdırıldığını, zahirən necə göründüyünü yaxşı-yaxşı araşdırdığı, sonra 58 mindən çox saxta peyvənd düzəldib satdığı və bundan təxminən 18 milyon yuan (2 milyon 78 min dollar) qazanc götürdüyü bildirilir.

Saxta peyvəndlər əsasən yerli sahibkarların vasitəsilə ayrı-ayrı fərdlərə və xəstəxanalara satılıb. Bir hissəsi isə xaricə ötürülüb. Konkret hansı ölkəyə ötürüldüyü hələ bəlli deyil. 600 ədəd saxta peyvəndin ötən ilin noyabrında Honqkonqa göndərildiyi dəqiqləşib.

Çində saxta peyvənd hazırlayan təkcə Konqun dəstəsi deyil. Başqa qruplar da var. Onlardan bəzisinin kənd həkimlərini insanlara saxta peyvənd vurmağa məcbur etdiyi üzə çıxıb.

Çin hökuməti bu yaxınlarda bəyan edib ki, saxta peyvənd hazırlanmasının qarşısı alınacaq. Həmin bəyanatdan bəri 20 adam tutulub.

2019-cu ilin dekabr ayında Çində üzə çıxan koronavirus infeksiyasına indiyədək dünyada 110 milyondan çox adam yoluxub, onlardan 2 milyon 430 minə yaxını vəfat edib.

Mənbə: Bbc.com

Həmsədrlərdən əmin-amanlıq çağırışı

  • 17 Fevral 2021
  • comments

Kənddə maaş: rəsmi tövsiyə yeniləndi

  • 17 Fevral 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Xərcin yarıdan çoxu ərzağa gedir

GLOBALS:0
comments
Xəbər

ÜDM-in illəri

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Rusiya veteran tapdağında? – “Röyter”

GLOBALS:0
comments
Xəbər

Makroiqtisadi göstəricilər

GLOBALS:0

Tags

  • Hüquq
  • Səhiyyə
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Xərcin yarıdan çoxu ərzağa gedir

Son materiallar

comments
Xəbər

Xərcin yarıdan çoxu ərzağa gedir

GLOBALS:0
comments
Xəbər

ÜDM-in illəri

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Rusiya veteran tapdağında? – “Röyter”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda