• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Böyük məhkəməyə kimlər çıxarılır?

  • 16 Fevral 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Azərbaycan Ordusuna dəstək aksiyasından sonra cinayət məsuliyyətinə alınan şəxslərin məhkəməsi başlayır. Səbail Rayon Məhkəməsinin icraatında olan prosesin ilk iclası fevralın 23-nə, Bakı Apellyasiya Məhkəməsinin binasına təyin edilib.

2020-ci il iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində döyüşlər gedib, Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu və 1 mülki şəxs şəhid olub.

İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb. Rəsmi məlumata görə, bir neçə polis əməkdaşı xəsarət alıb, xidməti avtomobillərə, ərazinin yol infrastrukturuna, Milli Məclisin birinci mərtəbəsində mülkiyyətə və inventara ziyan dəyib.

Baş Prokurorluğun İstintaq İdarəsi bu işin istintaqını qəsdən sağlamlığa az ağır zərər vurma; əmlakı qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmək ittihamları üzrə aparıb.

Novator.az bildirir ki, 37 təqsirləndirilən şəxsin 36-sı bir müddət həbsdə saxlanıb. 2020-ci il noyabrın 16-da Səbail Rayon Məhkəməsi 21 nəfəri (AXCP üzvləri Asif Yusifli, Seymur Əhmədov, Bəxtiyar İmanov, İsmayıl Həsənov, Ayaz Məhərrəmov, Baba Süleymanov, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Telman Seyfullayev, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Müşviq Quliyev, Müsəlman Birliyi Hərəkatının təmsilçiləri Tural Vəliyev, Kamil Mahmudov, bitərəflər Emin Hüseynzadə, Şəmsi Rəhimli, Vüsal Quliyev, Elçin Mehdiyev, Fariz Məmmədov, Ariz İbadətoğlu, Ceyhun Məmmədov), dekabrın 7-də 15 nəfəri (AXCP üzvləri Ramid Nağıyev, Gündüz Mirzəyev, Elnur Cabbarov, Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvü Pərvin Çobanov, bitərəflər Siyavuş Mustafayev, İsmayıl Məmmədov, İlkin Əliyev, Taleh Məmişov, Elçin Məmmədov, Azər Məmmədov, Ramiz Babayev, Səbuhi Mustafayev, Müşviq Vahabov, Fərid Abadov, Dəyanət Mövlayev) ev dustaqlığına buraxıb.

Cəbhəçi Elvin Məmmədov polisin nəzarətindədir.

AXCP fəalı Ruslan Əmirov sonradan cinayət məsuliyyətinə alınıb. 2020-ci il oktyabrın 10-da polis nəzarətinə verilən cəbhəçinin işi ayrıca icraata ayrılıb.

Yeni diplomatik valyuta: koronavirus peyvəndləri

  • 16 Fevral 2021
  • comments

Qarabağ məsələsi cümhuriyyət parlamentində (10)

  • 17 Fevral 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda