AZƏRTAC-ın 16 fevral məlumatına görə, Azərbaycan nefti “AzəriLayt”ın barreli 64,34 dollara satılır. Bu, büdcə qiymətindən 24,34 dollar yuxarı qiymətdir.
2021-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 40 dollardan götürülüb. “AzəriLayt” yanvara 50,92, fevrala 56,68 dollarla başlayıb.
Novator.az bildirir ki, beynəlxalq razılaşmaya görə, Azərbaycan 2021-ci ilin yanvar-mart aylarında gündəlik xam neft hasilatını 595 min barrel həcmində saxlamalıdır.
Energetika Nazirliyi yanvar ayının gündəlik xam neft hasilatını 593 min barrel göstərib.