• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Parlament partiyalarına nə qədər pul düşür?

  • 15 Fevral 2021
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

2021-ci ilin dövlət büdcəsindən siyasi partiyalara 4 milyon manat vəsait ayrılıb. Novator.az bildirir ki, “Siyasi partiyalar haqqında qanun”a görə, vəsaitin 40 faizi (1 milyon 600 min manatı) Milli Məclis partiyaları arasında bərabər bölünməlidir. Bu sistemlə parlamentdəki 11 siyasi partiyanın hər biri 145,4 min manat götürür.

Vəsaitin 50 faizi (2 milyon manatı) Milli Məclisin say tərkibinə (125-ə) bölünməli, alınan məbləğ (16 min manat) partiyaların deputatlarının sayına vurulmaqla paylanmalıdır.

Bu hesabla 70 deputatı olan Yeni Azərbaycan Partiyası 1 milyon 112 min manata sahib çıxır.

Milli Məclisdə 3 mandatla təmsil edilən Vətəndaş Həmrəyliyi Partiyasına 48 min manat düşür.

Hərəyə 1 mandatı olan Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyası 16 min manat almalıdır.

Qanuna görə, dövlət büdcəsindən ayrılan vəsaitin 5 faizi (200 min manatı) parlamentdə təmsil olunmayan, namizədləri Milli Məclisə son seçkidə etibarlı səslərin azı 3 faizini qazanmış siyasi partiyalara düşür, bölgü səslərin sayına proporsional aparılır. Hazırda heç bir partiya belə vəsait almır.

Vəsaitin qalan 5 faizi (200 min manatı) təkrar və əlavə seçkilər nəticəsində, həmçinin deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisdə təmsilçilik əldə edən partiyalar üçün nəzərdə tutulur.

Dövlət büdcəsindən siyasi partiyalara ayrılmış vəsaitin ilin sonuna qənaət olunmuş hissəsi dördüncü rübün sonunda Milli Məclisdə təmsil olunan partiyalar arasında bərabər bölünməlidir.

İlin sonunda 400 min manata qənaət olunarsa, hər bir parlament partiyasının daha 36,3 min alması mümkündür.

Putin Rusiyanı hara aparır? – “Financial Tim...

  • 15 Fevral 2021
  • comments

Füzuli, Zəngilan, Laçın və Cəbrayıl səfəri

  • 15 Fevral 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda