2021-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, 2020-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 4,8 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz artıb.
Hesabata əsasən, yanvar ayında istehlak məqsədilə xərclənən vəsaitin 52,8 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 15,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 5,1 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1 faizi digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.