Rusiyalı hərbçilər son 30 ildə ilk dəfə olaraq Avropa Təhlükəsizlik Komissiyasının seminarına qatılmaqdan imtina ediblər.
Novator.az-ın məlumatına görə, Moskvanın Vyanada silahlara nəzarət üzrə nümayəndə heyətinin “Twitter” səhifəsində bununla bağlı açıqlama yayılıb.
Açıqlamada bildirilir ki, Qərb Rusiyaya dost münasibəti göstərmədiyinə görə Rusiya Müdafiə Nazirliyinin rəsmiləri ATƏT-in hərbi doktrinasına dair hər 5 ildən bir təşkil etdiyi seminarda iştirakdan imtina ediblər.
Silahlara nəzarət üzrə baş müzakirəçi Konstantin Qavrilov əlavə edib ki, Qərb ölkələrinin hərbi qüvvələri daima Rusiyanın sərhədləri yaxınlığında təlimlər və kəşfiyyat uçuşları keçirir, açıqlamadakı “Qərbin Rusiyaya dost münasibət göstərməməsi” ifadəsi ilk növbədə buna işarədir.
Rusiya tərəfinin məlumatına görə, 2020-ci ildə xarici kəşfiyyat təyyarələrinə mane olmaq üçün Rusiya ən azı 170 dəfə havaya təyyarə qaldırmağa məcbur olub. Rusiya Aerokosmik Qüvvələri ötən il ərzində ölkənin sərhədləri yaxınlığında 4000-dək döyüş və kəşfiyyat (müşahidə) təyyarəsi aşkar edildiyini xəbər verib.
Mənbə: Themoscowtimes.com