• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Kennedinin “İnstagram” hesabı niyə silinib?

  • 11 Fevral 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

Məşhur vaksin əleyhdarı Robert F.Kennedinin “İnstagram” hesabı silinib.

“İnstagram” şəbəkəsini “Facebook” şirkəti idarə edir.

Novator.az-ın məlumatına görə, “Facebook” rəhbərliyi Kennedinin “İnstagram” profilinin sildiyini təsdiqləyib və bəyan edib ki, bu addım vaksinlər barədə paylaşılmış saxta məlumatların ləğvi istiqamətində görülən tədbirlər çərçivəsində atılıb. Belə ki, Robert Kennedi koronavirus vaksinləri və onların təhlükəsizliyi barədə dəfələrlə saxta məlumat paylaşıb. “Facebook” şirkəti isə öz tabeliyində olan onlayn platformalarda koronavirus vaksinləri haqqında saxta məlumatların, uydurma fərziyyələrin qarşısının alınması istiqamətində ciddi tədbirlər görür.

Kennedinin rəhbərliyi altında fəaliyyət göstərən “Uşaqların sağlamlığının müdafiəsi” qrupu tamamilə əsassız şəkildə uşaqlarda yaranan xroniki xəstəlikləri vaksinlərlə əlaqələndirir.

“Facebook” şirkətinin sözçüsü bildirib ki, Kennedinin “İnstagram” hesabında bu mövzuda, koronavirus və vaksinlər barədə dəfələrlə dəlil-sübutsuz iddialar irəli sürülüb.

Kennedi vaksinlər və koronavirusun müalicəsi barədə saxta və təhlükəli məlumatları özünün “Facebook” profilində də yayıb. Amma onun “Facebook”dakı səhifəsi hələ aktivdir.

“Facebook” şirkətinin sözçüsü deyib ki, şirkət müxtəlif platformalarda istifadəçiləri avtomatik bloklaya bilmir.

2019-cu ildə aparılan araşdırma nəticəsində məlum olub ki, “Facebook”da vaksinlər barəsində saxta məlumat yayan elanların əksərini iki qrup maliyyələşdirib.

Bunlardan birincisi Kennedinin rəhbərlik etdiyi “Uşaqların sağlamlığının müdafiəsi” təşkilatdır. Təşkilat 2016-cı ildən fəaliyyət göstərir.

Digəri isə “Məcburi vaksinasiyaya stop” layihəsidir. Layihəyə vaksin əleyhdarı Larri Kuk rəhbərlik edir.

“Facebook” və “İnstagram” sosial şəbəkələrində həm koronavirus vaksinləri, həm də digər vaksinlər barədə saxta məlumat və uydurma fərziyyələrin yayılmasına qarşı mübarizə aparılır. Ötən ilin dekabrında “Facebook” şirkəti koronavirus vaksinləri barədə bütün əsassız məlumatları siləcəyini vəd etmişdi. Bu həftə şirkətin nümayəndələri bildiriblər ki, onlar koronavirus vaksinləri ilə yanaşı digər vaksinlər barədə yayılan yanlış məlumatlara qarşı mübarizə aparmağı da planlaşdırırlar.

Şirkətin yeni qaydaları istifadəçilərin paylaşımları ilə yanaşı, ödənişli elanlara da tətbiq olunacaq.

Vaksin əleyhdarlarının sayının artmasında “Facebook” qruplarının rolu böyükdür. “Facebook”un dezinformasiyaya qarşı mübarizə siyasəti həyata keçirməsinə baxmayaraq, şirkətə məxsus sosial şəbəkələrdə hələ də vaksinlər və koronavirus barədə uydurma fərziyyələr, saxta məlumatlar qalır.

Robert F.Kennedi ABŞ-ın keçmiş baş prokuroru Bobbi Kennedinin oğlu, ABŞ-ın sabiq prezidenti Con Kennedinin qardaşı oğludur.

Robert Kennedi vaksinlər barədə saxta məlumat yaydığına görə öz ailə üzvlərinin, bacı-qardaşının və digər qohumlarının da tənqidlərinə məruz qalıb. Yaxınları Kennedinin paylaşdığı məlumatların tamamilə əsassız olduğunu bildiriblər.

Mənbə: Theguardian.com

Avropa Məhkəməsi qərarlar verəcək

  • 11 Fevral 2021
  • comments

“Komanda şəklində iş yaxşı nəticə verir”

  • 11 Fevral 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0

Tags

  • Elm
  • Hüquq
  • Media
  • Səhiyyə
  • Texnologiya

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda