• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İşsizə ödəniş qaydası yeniləndi

  • 10 Fevral 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Nazirlər Kabineti sığorta ödənişinin verilməsi qaydasında dəyişikliklər edib. Novator.az bildirir ki, yeniliyə görə, sığorta ödənişini əmək münasibətlərinə “İşsizlikdən sığorta haqqında” qanunda nəzərdə tutulan əsaslarla xitam verilmiş və işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar ala bilər.

Həm əsas, həm də əlavə iş yerləri olan işçinin əmək münasibətlərinə müxtəlif zamanlarda xitam verildiyi halda onun sığorta ödənişini almaq hüququ sonuncu iş yeri üzrə, eyni gündə xitam verildiyi halda isə əsas iş yeri üzrə əmək münasibətlərinə xitam verildiyi halda yaranır.

Dövlət orqanı və ya hüquqi şəxs ləğvi edildikdə, işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə sığorta ödənişi sığorta stajından asılı olmayaraq itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. Sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının məbləği Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində sığortaolunanların sığorta haqları üzrə hesabatlarda olan aylıq gəlirləri barədə məlumatları əsasında müəyyən edilir.

Əmək müqaviləsinin müddəti qurtardıqda rəsmən işsiz kimi qeydiyyata alınmış şəxslərə minimum sığorta ödənişi təyin edilir. Minimum sığorta ödənişi minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.

“İşsizlikdən sığorta haqqında” qanuna əsasən, sığorta ödənişini dövlət orqanı və ya hüquqi şəxs ləğvi edildikdə; işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; əmək müqaviləsinin müddəti qurtardıqda rəsmən işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar ala bilər.

İlk iki halda işsizlikdən sığorta ödənişi üçün azı 1 il sığorta stajı tələb olunur.

Əmək münasibətlərinə əmək müqaviləsinin müddətinin bitməsi əsasları ilə xitam verilmiş şəxslərə ödəniş üçün onların müddətli əmək müqaviləsi üzrə ən azı 3 il fasiləsiz iş stajı olmalıdır.

Sığorta ödənişi minimum əməkhaqqı (250 manat) qədər və 3 ay müddətinə ödənir.

İşçi və maaş statistikası

  • 09 Fevral 2021
  • comments

Qarabağ məsələsi cümhuriyyət parlamentində (5)

  • 10 Fevral 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda