Fevralın 10-da Azərbaycan nefti “AzəriLayt”ın barreli 61,69 dollara yüksəlib. AZƏRTAC-ın məlumatına görə, bu, son bir ilin maksimum göstəricisidir.
Azərbaycanın 2021-ci il büdcəsində bir barrel neftin qiyməti 40 dollardan götürülüb. “AzəriLayt” yanvara 50,92, fevrala 56,68 dollarla başlayıb.
Novator.az bildirir ki, beynəlxalq razılaşmaya görə, Azərbaycan 2021-ci ilin yanvar-mart aylarında gündəlik xam neft hasilatını 595 min barrel həcmində saxlamalıdır.