• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Arif Hacılıdan 18 oktyabr təklifi

  • 10 Fevral 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Müsavat Partiyasının başqanı Arif Hacılı Dövlət Müstəqilliyi Gününün – 18 oktyabrın yenidən qeyri-iş günü elan olunmasına çağırır. Novator.az-ın məlumatına görə, siyasətçi özünün “Facebook” səhifəsində yazır ki, 2021-ci ildə dövlət müstəqilliyinin bərpasının 30 ili tamam olur: “Müsavat Partiyası bu bayramın layiqincə qeyd olunması üçün öz resursları çərçivəsində müəyyən tədbirlər təşkil edəcək. Yubileyin dövlət səviyyəsində qeyd edilməsi üçün isə rəsmi qərarlar, ilk növbədə müstəqillik aktının qəbulu gününün – 18 oktyabrın qeyri-iş günü elan olunması, ölkə miqyaslı tədbirlərin keçirilməsi vacibdir”.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası 1991-ci ildə üç mərhələdən keçib: avqustun 30-da parlament dövlət müstəqilliyinin bərpa olunması haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib, dekabrın 29-da akt ümumxalq səsverməsi ilə təsdiqlənib.

2006-cı ildə Dövlət Müstəqilliyi Günü – 18 oktyabr qeyri-iş günü olan rəsmi bayramlar siyahısından çıxarılıb.

1988-ci ildə başlayan milli azadlıq hərəkatının öncül şəxslərindən olan Arif Hacılı 1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinə sədrlik edib.

1990-1995-ci illərdə parlamentin deputatı olub. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri postunu tutub.

1992-ci ildən Müsavatın katibi, 2001-ci ildən başqan müavini olub. 2003-2005 və 2011-2012-ci illərdə həbsdə yatıb. 2014 və 2019-cu illərdə Müsavat başqanı seçilib.

“AzəriLayt”dan rekord

  • 10 Fevral 2021
  • comments

Türkiyəyə sığınan uyğurlar niyə qorxuya düşüblər? ...

  • 10 Fevral 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda