Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 2020-ci ildə 10382 hektar meşə fondu sahələrində bərpa tədbirləri həyata keçirib. Rəsmi hesabata görə, 527,3 hektar sahədə meşə əkini, 121,2 hektar sahədə meşə səpini aparılıb, 68,5 hektar sahədə meşə-bağlar, 5 hektar sahədə tez böyüyən ağac cinslərindən ibarət sənaye əhəmiyyətli plantasiyalar salınıb və 9660 hektar sahədə təbii bərpaya kömək göstərilib.
Qeyd olunur ki, ümumilikdə xidmət göstərilmiş meşə əkinlərinin, səpinlərinin və meşə-bağlarının sahəsi 21668,6 hektardır: “Səpin sahələrində 9,6 hektar sahəyə toxumlar səpilib, 2 hektar çilik kökləndirməsi sahələrinə 93,2 min ədəd çilik basdırılıb, meşə fondu sahələrindən 51 ton meyvə, meşə ağac və kol cinslərinin toxumları tədarük edilib”.