• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Merkelə alqış

  • 09 Fevral 2021
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetŞərh

Almaniyada hakim partiyanın – Xristian Demokrat İttifaqının sədri dəyişib: kansler Angela Merkeli Armin Laşet əvəzləyib.

1954-cü il təvəllüdlü Angela Merkel siyasətə 1990-cı ildə qoşulub, əvvəl Xristian Demokrat İttifaqının üzvü, sonra isə parlamentin bu partiyadan deputatı olub. 1991-ci ildə Xristian Demokrat İttifaqı sədrinin müavini, 1998-ci ildə baş katib, 2000-ci ildə sədr seçilib.

1991-1994-cü illərdə qadınlar və gənclər naziri, 1994-1998-ci illərdə ətraf mühit və təbiətin mühafizəsi naziri postlarını tutub, 2005-ci ildən hökumət başçısı – Almaniya kansleridir.

2018-ci ildə Angela Merkel partiya sədrliyindən getmək istədiyini, 2021-ci ilin parlament seçkisində namizədliyini verməyəcəyini, kansler postuna və başqa hansısa vəzifəyə iddia etməyəcəyini bəyan edib. 2021-ci il yanvarın 16-da Armin Laşet Xristian Demokrat İttifaqının sədri seçilib.

Novator.az-ın məlumatına görə, vəkil Aqil Layıc yazır ki, Angela Merkel 16 ildir 80 milyonluq alman xalqını öz ağlı, dərrakəsi, uzaqgörənliyi ilə idarə edir: “O, öz qohumlarından heç kimi vəzifəyə təyin etməyib. Heç vaxt xoşu gəlməyən və onun göstərişləri ilə razılaşmayan adamları cəzalandırmayıb. Heç vaxt cəfəngiyat danışmayıb, ya da paytaxt Berlinin küçələrində şəkil çəkdirməyib. İndi rəhbərliyi bundan sonra Almaniyanı daha yaxşı vəziyyətə gətirə biləcək şəxsə təhvil verir.

Almanlar Merkeli alqışlarla yola salır. 16 ildə Merkel vəzifəsindən heç nə əldə etməyib. Nə avtomobili, nə daşınmaz əmlakı, nə şəxsi təyyarəsi, yaxtası var…

Mətbuat konfranslarının birində jurnalist Merkelə sual verib ki, niyə paltarınızı dəyişmirsiz? Cavab verib ki, mən dövlət qulluqçusuyam, model deyiləm.

Başqa bir mətbuat konfransında isə jurnalistin “Evdə qulluqçunuz varmı” sualına “Buna ehtiyacım yoxdur, həyat yoldaşımla öz işimizin öhdəsindən gəlirik” deyib.

Xanım Merkel adi evdə yaşayır. Bu müddət ərzində evini dəyişməyib, villalar almayıb. Angela Merkel, Almaniyanın kansleri…”

Aksiya davam edir

  • 09 Fevral 2021
  • comments

Bahalaşma faizi

  • 09 Fevral 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda