• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məhəmməd Əlini məğlub edən boksçu dünyadan köçdü

  • 07 Fevral 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiXəbər

Əfsanəvi boksçu Məhəmməd Əlini məğlub edən keçmiş dünya çempionu Leon Spinks 67 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Novator.az saytı CNN kanalına istinadla xəbər verir ki, Leon Spinks prostat xərçəngi ilə 5 il savaşandan sonra keçinib.

COVİD-19 infeksiyası ilə bağlı qüvvədə olan bəzi qadağalara görə boksçu can verəndə yanında yalnız bir neçə doğması və dostu olub. Xanımı Brenda Qur son nəfəsinədək ərinin yanından çəkilməyib.

Leon Spinks 1953-cü ildə ABŞ-ın Missuri ştatında doğulub. 1976-cı ildə Kanadada keçirilən Olimpiya oyunlarında qızıl medal qazanıb.

Onun bioqrafiyasının ən yaddaqalan məqamlarından biri, sözsüz ki, 1978-ci ilin fevralında Məhəmməd Əlini məğlub etməsidir.

Leon Spinksin Məhəmməd Əli ilə qarşılaşması fevralın 15-də Nevada ştatının Las-Veqas şəhərində baş tutub. Rinqdə rəqibinə qalib gələn Spinks ağır çəkidə boks üzrə dünya çempionu tituluna layiq görülüb. Bu qələbə həm də Spinksin səkkizinci peşəkar qarşılaşması olduğundan döyüş boks tarixinə heyrətamiz bir hadisə kimi düşüb.

Lakin 7 ay ötəndən sonra Yeni Orleandakı “Superdoum” arenasında Spinks yenidən Əli ilə üz-üzə gəlməli olub. Bu dəfə Məhəmməd Əli ona qalib gələrək öz çempion titulunu geri qaytarıb.

İdmançı karyerasında Leon Spinks bir sıra rekordlara imza atıb. Məsələn, o, 14 dəfə nokautla qələbə qazanıb.

1995-ci ildə Leon Spinks boksla vidalaşıb.

Prostat xərçəngindən əziyyət çəkən Leon Spinks 2019-cu ilin dekabrından xəstəxanada yatırdı.

Leon Spinksin bioqrafı CNN kanalına belə deyib: “Leon bir çox xəstəliklə mübarizə aparsa da, heç vaxt dodağından gülüş əskik olmurdu. O, yekun qərarını verəndə həmişə əzm, iradə nümayiş etdirirdi və heç vaxt həqiqəti danmırdı”.



Mənbə: CNN.com

Yeni kitablar

  • 07 Fevral 2021
  • comments

Avropa sarı rəngə boyanıb FOTOLAR

  • 08 Fevral 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Anım
  • İdman

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda