• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İcbari tibbi sığorta haqları

  • 05 Fevral 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Novator.az 2021-ci ildən tutulan icbari tibbi sığorta haqlarına nəzər salıb.

Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilər aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər hissəsindən 2 faiz, 8000 manatdan yuxarı hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı verir.

Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilər aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər hissəsindən 1 faiz, 8000 manatdan yuxarı hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı ödəyir.

2022-ci ildən əməyin ödənişi fondunun 8000 manata qədər hissəsindən 2 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.

Mülki hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8000 manatadək hissəsinin 2 faizi, 8000 manatdan yuxarı hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı var.

Vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər) üzrə minimum aylıq əməkhaqqının (hazırda 250 manatdır) 4 faizi miqdarında icbari tibbi sığorta haqqı qüvvədədir.

Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların müvəqqəti dayandırıldığı hallar istisnadır.

Azərbaycanda icbari tibbi sığortanın tətbiqi 2020-ci ilin yanvarında Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında başlayıb.

Gəncə, Naftalan və Şirvan şəhərləri, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonları prosesə 2021-ci ilin yanvarından qoşulub.

Bakı, Sumqayıt, Xankəndi şəhərləri, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonlarının növbəsi 2021-ci ilin aprelində başlayır.

Dövlət büdcəsi hesabına sığorta haqqının adambaşına məbləği belə müəyyən edilib: icbari tibbi sığortanın 2020-ci ilin yanvarından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat; 2021-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat + 90 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi; aprel ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat + 67,5 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi.

Adamlar peyvəndə nə qədər inanırlar? – Yeni sorğun...

  • 05 Fevral 2021
  • comments

Putinə inam azalıb – “Levada” mərkəzi

  • 05 Fevral 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Səhiyyə
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda