Pensiyalar 11,4 faiz artdı
Prezident İlham Əliyev bütün növ əmək pensiyalarının sığorta hissəsinin yenilənməsinə sərəncam verib. Fevralın 5-də imzalanan sərəncamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2021-ci il üçün indeksləşdirməni həyata keçirmək tapşırılıb. Bunun üçün Dövlət Statistika Komitəsinin müəyyən etdiyi ...
Putinə inam azalıb – “Levada” mərkəzi
Bu il yanvarın sonu, fevralın əvvəlində Rusiyada prezident Vladimir Putinə inananların sayı ötən ilin payızı ilə müqayisədə azalaraq 29%-ə düşüb. Novator.az-ın məlumatına görə, bunu “Levada” mərkəzinin keçirdiyi yeni sorğunun nəticələri göstərib. Sorğu yanvarın 29-dan fevralın 2-dək Rusiyanın bir sı...
İcbari tibbi sığorta haqları
Novator.az 2021-ci ildən tutulan icbari tibbi sığorta haqlarına nəzər salıb. Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilər aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər hissəsindən 2 faiz, 8000 manatdan yuxarı hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı verir. ...
Adamlar peyvəndə nə qədər inanırlar? – Yeni sorğunun nəticələri
İnsanların koronavirus peyvəndlərinə nə qədər etibar etdiyini öyrənmək üçün yeni sorğu keçirilib. Novator.az saytı “Reuters” agentliyinə istinadla xəbər verir ki, sorğunu London İmperial Kollecinin Qlobal Səhiyyə İnnovasiyası İnstitutu ilə Britaniyanın “YouGov” təşkilatı birgə keçirib. Sorğu bu il y...
Peyvəndlənin, sizi toya çağıracaqlar – “Nyu-York Tayms”
ABŞ-da bəzi cütluklər toyun daha təhlükəsiz keçməsi üçün qonaqlarından məclisə qədər COVİD-19 peyvəndi vurdurmağı tələb edirlər. “Nyu-York Tayms” qəzetində bununla bağlı “Peyvənd olunduğunuzu sübut etsəniz sizi toya çağıracaqlar” başlıqlı yazı dərc olunub. Müəllifi Daniel Braffdır. Novator.az saytı ...
Adı var. Özü də var?
İqtisadçı Samir Əliyev Dövlət Neft Şirkətinə (SOCAR) suallar ünvanlayıb. Neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, satışı və başqa məsələlərlə məşğul olan Dövlət Neft Şirkətinə Rövnəq Abdullayev prezidentlik edir. 2020-ci...
Məhkəmə prokurorluğun qərarını dəyişmədi
Fevralın 5-də Binəqədi Rayon Məhkəməsi “Basta” saytının baş redaktoru, Müsavat Partiyasının Mətbuat və İnformasiya Departamentinin rəhbəri Mustafa Hacıbəylinin şikayəti üzrə yekun qərar çıxarıb. 2020-ci il fevralın 11-i Bakıda, Mərkəzi Seçki Komissiyasının binası qarşısında keçirilən aksiya dağıdıla...
Sıfırdan başlamaq
Prezidentin xüsusi nümayəndəlikləri haqqında əsasnamə təsdiqlənib. Sənədə əsasən, bu təsisatın qurulduğu bölgələrdə mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət qurumları fəaliyyətlərini xüsusi nümayəndə ilə əlaqələndirməlidir. Nümayəndəliyin fəaliyyət istiqamətləri bunlardır: müvafiq ərazini...
Bircə: “Mənim yazdıqlarımda hər qadının bir tikəsi var”
“Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanının müəllifi Bircə xanım Kulis.az saytının suallarına cavab verir. – Bircə xanım, Kulis-in dörd ildən bəri yayıb paylaşdığı romanınızın dördüncü bölümü də sona çatdı. Neçə vaxtdı oxucular beşinci bölümün nə vaxt dərc olunmağa başlanacağı ilə bağl...
İtki statistikası
2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyası 203 ölkə, ərazi və məkanda 2 milyon 294 mindən çox adamın ölümünə səbəb olub (Statistika). Novator.az bildirir ki, yaxın ölkələr itki sayına görə belə sıralanır: Rusiya – 75205 nəfər İran – 58256 Türkiyə...
Qarabağ məsələsi cümhuriyyət parlamentində (2)
Solmaz Rüstəmova-Tohidi Tarix elmləri doktoru Fətəli xandan dərhal sonra çıxış edən Əhməd Cövdət məsələni üzvü olduğu sosialistlərin gündəmə gətirdiyini vurğulayaraq bölgədə yaranmış vəziyyəti geniş təsvir edir. Əvvəl Osmanlıda, sonra İrəvan, Naxçıvan, Ordubad mahallarında, sonra da İranda xarabalıq...
Elektron nəzarət vasitəsi: yeni qayda təsdiqlənib
Nazirlər Kabineti ictimai işlər növündə cəza çəkən və ya inzibati tənbeh tətbiq olunmuş şəxsin elektron nəzarət vasitəsindən istifadə qaydasını təsdiqləyib. Elektron nəzarət vasitəsi şəxsin müəyyən edilmiş vaxt ərzində ictimai işlərin yerinə yetirilməsi yerlərində olmasını avtomatlaşdırılmış rejimdə...
3 ildən bir ay əskik
Mərkəzi Bank fevralın 5-də ABŞ dollarını 1,7 manata təklif edir. Bu rəsmi kurs fevralın 8-dək qüvvədə olacağından qiymət sabitliyinin 2 il 11 ayı tamamlanır. 2015-ci ilin devalvasiyaları nəticəsində dolların rəsmi məzənnəsi 0,7844 manatdan 1,5594 manata yüksəlib. 2016-cı ildə rəsmi qiymət 1,7707 man...