• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezidentin xüsusi nümayəndəlikləri haqqında əsasnamə

  • 04 Fevral 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Prezidentin xüsusi nümayəndəlikləri haqqında əsasnamə təsdiqlənib. Dövlət başçısı İlham Əliyevin fevralın 4-də imzaladığı fərmana görə, mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumları prezidentin xüsusi nümayəndəliyi təşkil edilmiş ərazilərdə fəaliyyətlərini xüsusi nümayəndə ilə əlaqələndirib həyata keçirməlidir.

Əsasnamədə qeyd edilir ki, prezidentin xüsusi nümayəndəliyi işğaldan azad olunmuş ərazilərdə Prezident Administrasiyasının struktur bölməsidir.

Xüsusi nümayəndəlik müvafiq ərazidə yerləşir.

Nümayəndəliyin fəaliyyət istiqamətləri bunlardır: müvafiq ərazinin müəyyən edilmiş hədəflərə uyğun olaraq inkişafını təmin etmək; müvafiq ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə nail olunması məqsədilə dövlət orqanlarının (qurumlarının), onların yerli bölmələrinin fəaliyyətini əlaqələndirmək; müvafiq ərazidə mülkiyyətin mühafizəsini, dövlət əmlakından səmərəli istifadəni, habelə sahibkarlıq, şəhərsalma, tikinti və digər sahələrdə fəaliyyətin həyata keçirilməsini təşkil etmək; prezidentin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək.

Xüsusi nümayəndəliyin strukturunu və ştat vahidlərinin sayını prezident müəyyən edir.

Prezidentin təyin etdiyi xüsusi nümayəndənin müavini ola bilər. Nümayəndə, onun müavini, xüsusi nümayəndəliyin əməkdaşları Prezident Administrasiyasının əməkdaşlarıdır.

İşğaldan azad olunmuş ərazilərdə prezidentin xüsusi nümayəndəlikləri dövlət başçısının 19 yanvar fərmanı ilə yaradılıb.

İlham Əliyev yanvarın 27-də Aydın Zöhrab oğlu Kərimovu prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edib.

Prezidentin xüsusi nümayəndəlikləri yaradılır

Şuşaya prezident nümayəndəsi təyin edildi

“Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirəcəyik”

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox qəsəbə və kəndi azad olunub.

Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb, dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.

 

“Nyu-York Tayms”: Putin göründüyü qədər də güclü d...

  • 04 Fevral 2021
  • comments

Qarabağ Dirçəliş Fondu: İdarə Heyətinə sədr təyin ...

  • 04 Fevral 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Bölgə
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda