• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qubad İbadoğlu Mikayıl Cabbarova müraciət edib

  • 03 Fevral 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin müraciətinə baxan Tarif (qiymət) Şurası fevralın 1-dən əhali üçün bir kubmetr suyun qiymətini Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 70 qəpiyə, digər inzibati ərazi vahidlərində 60 qəpiyə, bir kubmetr tullantı suyunun axıdılması xidmətinin qiymətini ölkə üzrə 30 qəpiyə qaldırıb.

2016-cı il mayın 16-dan bir kubmetr su Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 35 qəpiyə, digər inzibati ərazi vahidlərində 30 qəpiyə satılıb, tullantı sularının axıdılması xidmətinin tarifi ölkə üzrə bir kubmetr üçün 15 qəpik olub.

Tarif (qiymət) Şurasına iqtisadiyyat naziri Mikayıl Cabbarov sədrlik edir. Novator.az-ın məlumatına görə, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu Mikayıl Cabbarova müraciətində su məsələsinə yenidən baxmağa çağırır: “Sizin rəhbərlik etdiyiniz Tarif (qiymət) Şurasının 31 yanvar qərarı düzgün əsaslandırılmayıb, şuranın əsasnaməsində nəzərdə tutulan vəzifə və hüquqlar icra olunmadan, ekspert və məsləhətçilərin rəyləri nəzərə alınmadan, istehlakçıların mənafeyi gözlənilmədən, əhalinin alıcılıq qabiliyyəti optimallaşdırılmadan birtərəfli qaydada verilib.

Tarif (qiymət) Şurası öz əsasnaməsinə zidd olaraq tənzimlənən qiymətlərə əsaslı təsir göstərən xərclərin azaldılmasına, ayrı-ayrı istehlakçı qruplar, müəssisə və təşkilatlar, investorlar üçün qiymətlər üzrə güzəştlərin verilməsinə, habelə limit və normaların müəyyənləşdirilməsinə dair təkliflər irəli sürməyib. Bununla yanaşı kütləvi informasiya vasitələrinə qərarın mümkün nəticələrinə dair açıqlama verilməyib.

Tarif (qiymət) Şurasının əsasnaməsi quruma iclaslara ekspert və məsləhətçilər cəlb etmək və digər tədbirlər həyata keçirmək hüququ verir. Şura bu hüququndan ya istifadə etməyib, ya da ekspertlər və məsləhətçilərin kimliyi barədə məlumatları gizli saxlamaqla şəffaflıq və hesabatlıq tələblərini pozub.

Bunlardan əlavə Tarif (qiymət) Şurası qiymətlərin iqtisadi cəhətdən əsaslılığını, səmərəliliyini, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığını müəyyənləşdirmək üçün araşdırmalar və təhlillər aparmayıb. Nə bazarın suyun keyfiyyəti və fasiləsiz təchizatı ilə bağlı tələbləri, nə də alıcılıq qabiliyyətinin ötən illə müqayisədə hazırkı durumu nəzərə alınıb.

Tarif (qiymət) Şurası qərar qəbul edərkən onun əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığını müəyyənləşdirməyib. 2020-ci ildə əhalinin nominal gəlirlərinin 1,8 faiz, ötən ilin 11 ayında orta aylıq nominal əməkhaqqının 1,2 faiz aşağı düşdüyünü, 2,8 faiz inflyasiyanı nəzərə alanda Tarif Şurası “Azərsu” ASC-nin qiyməti artırmaq təklifini rədd etməli idi.

Tarif (qiymət) Şurasının 31 yanvar qərarının kənar ekspert və məsləhətçilərin rəyi nəzərə alınmadan birtərəfli qaydada verildiyini, “Azərsu” ASC-yə xərclərini azaltmaq üçün təkliflər irəli sürülmədiyini, alıcılıq qabiliyyəti baxımından optimallığın qiymətləndirilmədiyini, bazarın tələbinin öyrənilmədiyini, qərarın qəbulunda və təqdimatında hesabatlılıq, informasiyalara çıxış və şəffaflıq standartlarının pozulduğunu nəzərə alaraq məsələyə yenidən baxıb qərarın icrasını dayandırmağı xahiş edirik”.

Suyun qiyməti dəyişdi

Bahalı suyun yükü

Artım arqumentləri, gerçək arqumentlər

Bəs 400 milyon manat?

“WhatsApp” istifadəçiləri üçün – Qərb medias...

  • 03 Fevral 2021
  • comments

Manatın dollar xərci

  • 03 Fevral 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda