• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İsa Qəmbər xatırladır, təklif verir

  • 03 Fevral 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

1993-cü il fevralın 2-də Milli Məclis Azərbaycan vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması qərarı qəbul edib. Qərara əsasən, Azərbaycan vətəndaşları -ov, -yev, sonluqlu soyadlarını -lı, -li, -lu, -lü; -zadə; -oğlu, -qızı sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilər.

Vətəndaşlara soyad rəsmən dəyişənədək hüquqi əhəmiyyətli bütün sənədlərdə soyadlarının yeni ifadə formalarını işlətmək hüququ verilib, dövlət orqanlarına soyadların sonluqlarının dəyişdirilməsi ilə əlaqədar yeni hüquqi sənədlər üçün rüsum tutmamaq hökm edilib.

Həmin dövrdə parlament sədri postunu tutmuş siyasətçi, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər soyadlar məsələsinin hələ də həllini tapmadığını vurğulayır. Novator.az-ın məlumatına görə, siyasətçi yazır ki, 2 fevral 1993-cü il qərarının məqsədi müvafiq qanunlar qəbul edilənə qədər vətəndaşlara əlavə xərc və bürokratiya olmadan soyadını dəyişə bilmək imkanı vermək idi: “Bu istiqamətdə digər önəmli qərar və qanunları qəbul etməyə bizim hakimiyyətin zamanı, indiki hakimiyyətin isə iradəsi çatmadı. Nəticədə bu günə qədər vətəndaşlarımızın önəmli bir hissəsi rus sonluqlu soyadlar daşıyır. Bu absurddur. Xüsusən müstəqilliyimizin 30-cu ilində.

Milli Strateji Düşüncə Mərkəzi 2021-ci ildən başlayaraq dünyaya gələn körpələrin soyadını dövlət qərarı ilə milliləşdirmək, -ov, -yev kimi rus soyad sonluqlarından imtina edilməsi təklifi verib. Əlbəttə, fərqli kökənli vətəndaşlarımızın (həm yerli, həm də gəlmə) övladlarına istədikləri soyadı vermək hüququ olmalıdır.

İnanıram ki, bu il – istiqlalımızın 30-cu ildönümündə, ən geci 1993-cü ildə qəbul etdiyimiz qərarın 30 ili tamamlanana qədər problem həllini tapar”.

1991-ci ildə dövlət müstəqilliyinin bərpası üç mərhələdən keçib: avqustun 30-da parlament dövlət müstəqilliyinin bərpa olunması haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib, dekabrın 29-da akt ümumxalq səsverməsi ilə təsdiqlənib.

1992-ci il mayın 18-dən 1993-cü il iyunun 24-dək milli demokratik qüvvələr hakimiyyətdə olub. İsa Qəmbər onların təmsilçisidir.

1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindəndir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib. 1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutub.

İş adamına hansı ittihamlar verilib?

  • 03 Fevral 2021
  • comments

“WhatsApp” istifadəçiləri üçün – Qərb medias...

  • 03 Fevral 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda