• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Həbsdə 8 cəbhəçi var

  • 03 Fevral 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Novator.az həbsdə olan AXCP üzvlərinin siyahısına nəzər salıb.

7 cəbhəçi azadlıqdan məhrumetmə cəzası çəkir. Jurnalist Elçin İsmayıllı 2017-ci il fevralın 17-dən həbsdədir. Hədə-qorxu ilə tələb etmədə təqsirli bilinən cəbhəçiyə 7 il cəza kəsilib.

Orxan Baxışlı 2018-ci il mayın 7-dən həbsdədir. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirli bilinib. Cəzasının müddəti 3 ildir.

Aqil Məhərrəmov və Babək Həsənov 2018-ci il mayın 25-də tutulublar. Xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda və mütəşəkkil dəstənin cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallaşdırılmasında təqsirli bilinən cəbhəçilər 4 il və 3 il həbs cəzaları alıb.

2019-cu il oktyabrın 15-də tutulan Paşa Umudov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəbhəçi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirli bilinib.

2020-ci il aprelin 20-də Zamin Salayev böhtan və təhqirdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

2020-ci il iyulun 16-da tutulan Məhəmməd İmanlı 1 il müddətinə azadlıqdan məhrum olunub. İttihama əsasən, Məhəmməd İmanlı koronavirus xəstəsi ola-ola evdən çıxıb və epidemiyanın yayılması üçün real təhlükə yaradıb.

Üstündə cinayət işi olan AXCP üzvlərindən Niyaməddin Əhmədov da həbsdədir. O, 2020-ci il aprelin 16-sı tutularaq 30 sutka inzibati həbsə məhkum edilib. İnzibati həbs cəzası başa çatandan sonra Niyaməddin Əhmədov cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib. Terrorçuluğu maliyyələşdirmə; qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma; dövlət əleyhinə yönələn açıq çağırışlarda ittiham olunur.

Baydenin neçə naziri təsdiqlənib?

  • 03 Fevral 2021
  • comments

“İndi sovet dövrü deyil ki, şeirlə ev alasan, ailə...

  • 03 Fevral 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda