ABŞ-ın yeni prezidenti Cozef Baydenin hökumətində 5 katib (nazir) Konqresin yuxarı palatası olan Senatda təsdiqlənərək vəzifəsinin icrasına başlayıb:
Entoni Blinken – dövlət katibi (xarici işlər naziri)
Lloyd Ostin – müdafiə naziri
Alexandro Mayorkas – daxili təhlükəsizlik naziri
Canet Yellen – maliyyə naziri
Pit Butticiç – nəqliyyat naziri.
Novator.az-ın məlumatına görə, yerdə qalan 10 nazirin səlahiyyətlərini bu şəxslər icra edir:
Manti Uilkinson – ədliyyə naziri (baş prokuror)
Skat de la Veqa – daxili işlər naziri
Vin Kaqins – ticarət naziri
Kevin Şe – kənd təsərrüfatı naziri
Devid Hayzanq – energetika naziri
Met Emmonn – tikinti və şəhər inkişafı naziri
Al Stüart – əmək naziri
Norris Kokran – səhiyyə və sosial xidmətlər naziri
Det Tran – veteranlarla iş naziri
Fil Rozenfelt – təhsil naziri.
1942-ci il təvəllüdlü Cozef Bayden yanvarın 20-dən prezidentdir. O, Delaver Universitetini tarixçi və politoloq ixtisasları ilə bitirib, həmçinin Sirakus Universitetinin Hüquq Məktəbində təhsil alıb.
1972, 1978, 1984, 1990, 1996, 2002 və 2008-ci illərdə ABŞ Konqresinin yuxarı palatası olan Senatın üzvü seçilib. 1987-1995-ci illərdə Senatın Məhkəmə Komitəsinə, 2001-2003 və 2007-2009-cu illərdə Xarici Əlaqələr Komitəsinə sədrlik edib.
2009-2017-ci illərdə vitse-prezident postunu tutub.