• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müharibə veteranı adının verilməsi: komissiya yaradılıb

  • 30 Yanvar 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Nazirlər Kabinetinin 30 yanvar qərarı ilə Vətən müharibəsi iştirakçılarına müharibə veteranı adının verilməsi işinin təşkili üzrə komissiya yaradılıb. Baş nazirin birinci müavini Yaqub Eyyubovun sədrlik etdiyi komissiyada müavinlik Nazirlər Kabineti Aparatının təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdirinə həvalə olunub, üzvlər belə müəyyənləşib:

müdafiə nazirinin müavini

daxili işlər nazirinin müavini

fövqəladə hallar nazirinin müavini

ədliyyə nazirinin müavini

maliyyə nazirinin müavini

əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

səhiyyə nazirinin müavini

Dövlət Sərhəd Xidməti rəisinin müavini

Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Xarici Kəşfiyyat Xidməti rəisinin müavini

Prezidentin Təhlükəsizlik Xidməti rəisinin müavini

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini.

Komissiyaya Vətən müharibəsi iştirakçılarının siyahısını müəyyən etmək tapşırılıb. Quruma öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri cəlb etmək və işçi qruplar yaratmaq səlahiyyəti verilib.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı bölgələrin böyük qismini işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, 4 qəsəbə və 286 kənd azad olunub.

Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar.

Bəyanata əsasən, noyabrın 10-dan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar dayandırılıb.

Dağlıq Qarabağa və bu bölgəni Ermənistanla birləşdirən Laçın yoluna Rusiyanın hərbi kontingenti yeridilib.

Ermənistan dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarıb.

Vətən müharibəsi adı alan əməliyyatlarda Azərbaycan Silahlı Qüvvələrinin 2855 hərbi qulluqçusu şəhid olub, 50 hərbçisi itkin düşüb.

Dövlət Nəzarəti İnformasiya Sistemi necə qurulur?

  • 30 Yanvar 2021
  • comments

Suyun qiyməti dəyişdi

  • 31 Yanvar 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0

Tags

  • Hüquq
  • Ordu
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Beş ayın populyar adları

Son materiallar

comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda