Yanvarın 30-da prezident İlham Əliyev Dövlət Nəzarəti İnformasiya Sistemi yaradılmasına fərman verib. Novator.az bildirir ki, sənədə görə, Prezident Administrasiyasında qurulan sistem prezidentin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əsas səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsini təmin edəcək.
İş qaydasına əsasən, informasiya sisteminə dövlət sirrinə aid olan məlumatların daxil edilməsinə yol verilmir.
İnformasiya sisteminə bu altsistemlər daxildir: “Tapşırıqlar” altsistemi; “Layihələr” altsistemi; “Monitorinq” altsistemi; “Əsas Səmərəlilik Göstəriciləri” altsistemi; “Saxlanc” altsistemi; “Müraciətlər” altsistemi; “Hesabatlar” altsistemi; “Administrator” altsistemi.