• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qarabağ Komitəsi Rusiya hərbçilərini yola salmağa çağırır

  • 29 Yanvar 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Qarabağ Komitəsi Rusiya hərbçilərinin Azərbaycandan çıxarılmasını istəyir. Novator.az-ın məlumatına görə, qurumun bəyanatında qeyd olunur ki, Vətən müharibəsində Azərbaycan torpaqlarının çox hissəsinin azad olunduğu və Qarabağ probleminin tam həllinin yaxınlaşdığı bir vaxtda Rusiya hərbçilərinin Yuxarı Qarabağda yerləşdirilməsi xalqın maraqlarına uyğun deyil: “Keçən dövr ərzində baş verən hadisələr də sübut edir ki, rusiyalı hərbçilər erməni separatçılar və terrorçuların Yuxarı Qarabağda mövcudluğunu qoruyub saxlamaq və bu ərazini Azərbaycanın hüquq məkanından çıxarmaq məqsədi güdür: sülhyaratma missiyasına zidd fəaliyyətlə məşğul olur, Yuxarı Qarabağı qapalı məkana çevirib separatçı və terrorçu rejimlə birgə çalışır. Bu ərazilər silahsızlaşdırılmayıb, Ermənistan silahlı qüvvələri və terrorçular oradan çıxarılmayıb, Kəlbəcərə, Laçına gedən yollar açılmayıb, Xankəndi və ətraf ərazilərə 51 mindən artıq erməni qaçqının gətirildiyi halda ərazilərə bir nəfər olsun azərbaycanlı məcburi köçkün yerləşdirilməyib.

Qarabağ Komitəsi bölgədəki hərbi-siyasi duruma, ölkə əhalisinin ümumi ictimai rəyinə istinad edərək Rusiya hərbçilərinin Azərbaycan ərazisini tərk etməsini və hakimiyyətin bu istiqamətdə əməli tədbirlər görməsini tələb edir!”

Bir qrup ictimai-siyasi xadimin 2018-ci ildə yaratdığı Qarabağ Komitəsinin İdarə Heyətində İlham İsmayıl, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu və başqaları təmsil olunur.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı bölgələrin böyük qismini işğal edib, ərazilərdə özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran rejim qurub.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, 4 qəsəbə və 286 kənd azad olunub.

Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar.

Bəyanata əsasən, noyabrın 10-dan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar dayandırılıb.

Dağlıq Qarabağa və bu bölgəni Ermənistanla birləşdirən Laçın yoluna beş il müddətinə Rusiyanın hərbi kontingenti yeridilib.

Ermənistan dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarıb.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi ermənilərin, Laçın şəhəri və rayonun bir neçə kəndi Rusiya hərbçilərinin nəzarətində qalıb.

10 noyabr razılaşması Türkiyə və Rusiya hərbçilərindən ibarət sülhməramlı mərkəz yaradılmasını, köçkünlərin Dağlıq Qarabağa və ətraf rayonlara qayıtmasını, bölgədəki bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını da nəzərdə tutub.

“Vaşinqton Post”: Putinin zəifliyi üzə çıxdı

  • 29 Yanvar 2021
  • comments

Avropa Məhkəməsi üç iş üzrə qərar çıxaracaq

  • 29 Yanvar 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Zəlzələ itkiləri

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Qazaxıstan Məclisinə 6 partiya düşür

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Prezident seçkisi ikinci tura qaldı

GLOBALS:0
comments
ManşetXəbər

“Ermənistanın rahat yaşaması üçün bir şərt var”

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Zəlzələ itkiləri

Son materiallar

comments
Dünyanın səsiXəbər

Zəlzələ itkiləri

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Qazaxıstan Məclisinə 6 partiya düşür

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Prezident seçkisi ikinci tura qaldı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda