• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avropa Məhkəməsi üç iş üzrə qərar çıxaracaq

  • 29 Yanvar 2021
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiXəbər

Fevralın 4-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan göndərilmiş şikayətlər üzrə qərarlar elan edəcək. Novator.az-ın məlumatına görə, hüquqşünas Xaliq Ağalıyev bildirir ki, şikayətlərdə Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş hərəkət azadlığı, ayrı-seçkiliyin yolverilməzliyi, ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarının pozulduğu iddia olunub: “Elmar Paşayev və başqaları hərəkət azadlığı və ayrı-seçkiliyə məruz qalmamaq hüquqlarının pozuntusundan şikayətçidir. Şikayətçilər 2007-ci ildə ailəvi istirahət üçün Qubada dostlarının mənzilinə yerləşiblər. Həmin gün polis əməkdaşları mənzilə gəlib onların sənədlərini yoxlayıb, onlarla qaba davranıb və müvəqqəti yaşayış qaydalarının pozulması əsası ilə dərhal rayondan çıxmalarını tələb edib.

Tələbə əməl olunub, vətəndaşlar hərəkət azadlığı və dini ayrı seçkiliyə məruz qalmamaq hüquqlarının pozuntusu iddiası ilə məhkəməyə üz tutaraq polisin onların hər birinə 5 min manat təzminat ödəməsini istəyiblər. Məhkəmə həmin iddialara mahiyyəti üzrə baxmayıb.

Kamran Bəyəliyevin şikayəti inzibati qaydada həbs edilməsi ilə bağlıdır. Ərizəçi 2013-cü ildə inzibati qaydada 10 günlüyə həbs edilib, apellyasiya instansiyası onun cəzasını 5 günə endirib. Ərizəçi birinci instansiya məhkəməsində istədiyi vəkillə təmin edilmədiyini, bununla hüquqlarına müdaxilə olunduğunu bildirir.

Başqa bir şikayətçi – Bəylər Abbasov müharibə veteranıdır. O, 2004-cü ildə müvafiq qurumalara müharibə veteranı vəsiqəsi verilməsi və müavinət təyinatı üçün müraciət edib. 2007-ci ildə ona vəsiqə təqdim edilib və müavinət ödənişinə başlanıb. Ərizəçi bildirir ki, o, zamanında müraciət edib, 2004-2007-ci illər aralığında veteranlığa görə müavinəti hökumət qurumlarının hərəkətsizliyi səbəbindən ala bilməyib. Bəylər Abbasov hesab edir ki, onun şikayətlərinə baxılarkən ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarına müdaxilə olunub”.

Qarabağ Komitəsi Rusiya hərbçilərini yola salmağa ...

  • 29 Yanvar 2021
  • comments

“Noviçok”u yaradanlardan biri koronavirus dərmanı ...

  • 29 Yanvar 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda