• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Şuşaya prezident nümayəndəsi təyin edildi

  • 27 Yanvar 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Aydın Zöhrab oğlu Kərimov prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edilib. Dövlət başçısı İlham Əliyev sərəncamı yanvarın 27-də imzalayıb.

İşğaldan azad olunmuş ərazilərdə prezidentin xüsusi nümayəndəlikləri dövlət başçısının 19 yanvar fərmanı ilə təsis edilib.

Sənədə görə, xüsusi nümayəndəliklərə rəhbərliyi prezidentin vəzifəyə təyin etdiyi və birbaşa ona tabe olan xüsusi nümayəndələr həyata keçirir.

Xüsusi nümayəndə prezidentin müəyyən etdiyi ərazi hüdudlarında onun təmsilçisi, dövlət başçısının verdiyi səlahiyyətlərin icraçısıdır.

Prezident Administrasiyası xüsusi nümayəndəliklər haqqında əsasnamənin layihəsini və xüsusi nümayəndəliklərin fəaliyyətinin təşkilinə dair təkliflər hazırlamalıdır.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox qəsəbə və kəndi azad olunub.

Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb, dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.

Novator.az bildirir ki, Şuşa rayonu Şuşa şəhərindən, 1 qəsəbə və 37 kənddən ibarətdir.

Hazırda Şuşa şəhəri və Daşaltı kəndi Azərbaycanın nəzarətindədir.

2009-cu il fevralın 27-dən Şuşa Rayon İcra Hakimiyyətinə Bayram Səfərov başçılıq edir.

2020-ci il noyabrın 8-də azad olunan Şuşa şəhəri 1750-ci ildən Qarabağ xanlığının paytaxtı, 1822-ci ildən Qarabağ əyalətinin (daha sonra Şuşa qəzasının) baş şəhəri, 1923-cü ildən Azərbaycanın Dağlıq Qarabağ vilayətində rayon mərkəzi olub. 1992-ci il mayın 8-nə keçən gecə Şuşaya hücum edən erməni birləşmələri mayın 9-da şəhəri ələ keçirib və 28 il 6 ay işğalda saxlayıb.

15 ilin əmanət statistikası

  • 27 Yanvar 2021
  • comments

“Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çev...

  • 27 Yanvar 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Bölgə
  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda