• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“İran şirkətlərini ərazilərimizə buraxmaq olmaz!”

  • 26 Yanvar 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Prezident İlham Əliyev İran şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirakına çağırış edib. Təklif dövlət başçısının yanvarın 25-i Bakıda İranın xarici işlər naziri ilə görüşündə səslənib. Nazir çağırışa dəstək verərək qeyd edib ki, İran yaxın qonşu kimi əhalinin qayıdacağı, yenidənqurma işlərinin aparılacağı Azərbaycan ərazilərinin bərpası baxımından digər ölkələrlə müqayisədə üstün mövqedədir: “Energetika, yenidənqurma və geri dönəcək əhalinin yaşayışı üçün vasitə ola biləcək kənd təsərrüfatı kimi sahələr bizim üçün prioritet təşkil edir və şirkətlərimiz işə başlamağa hazırdır”.

Novator.az-ın məlumatına görə, Müsavat Partiyasının başqanı Arif Hacılı bu niyyətə sərt reaksiya verib. O yazır ki, İran şirkətlərinin işğal altında olan Azərbaycan ərazilərində şəhər və kəndlərin dağıdılmasında iştirakı, Yuxarı Qarabağda fəaliyyət göstərən cinayətkar rejimlə əməkdaşlıq etməsi hamıya bəllidir: “Qarabağın əsl sahiblərinin evlərini dağıdan, Xankəndiyə ərzaq, yanacaq və digər məhsullar daşımaqla separatçı rejimə həyat verən şirkətlər indi azad olunmuş şəhər və kəndlərimizin bərpasında iştirak edəcək?

Münaqişənin əvvəlindən bəzən birbaşa, bəzən dolayısı ilə düşmən tərəfini tutan, 30 milyondan çox cənublu soydaşımızın mədəni-milli hüquqlarını tanımayan bir dövlətin şirkətləri şəhidlərimizin qanı ilə suvarılmış torpaqlarımızda iş qurub, mənfəət götürə bilməz!

Xalqın heysiyyətinə toxunmaq, şəhidlərimizin ruhunu incitmək, İran şirkətlərini işğaldan azad edilmiş ərazilərimizə buraxmaq olmaz!”

1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ vilayətində bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb.

1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb.

1994-cü ildə atəşkəslə dayanan müharibədə Dağlıq Qarabağ və onun ətrafındakı bölgələr ermənilərin əlinə keçib.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunub.

Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb.

Dağlıq Qarabağa və bölgə ilə Ermənistan arasında əlaqəni təmin edən Laçın yoluna Rusiyanın hərbi kontingenti yerləşdirilib.

Ermənistan dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarıb.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi ermənilərin nəzarətində qalır. Dağlıq Qarabağdakı işğalçı rejim özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandırır.

Hasilat və qiymət

  • 26 Yanvar 2021
  • comments

Mənzərədən gerçək mənzərəyə

  • 26 Yanvar 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda