![]({"full":{"0":"2021\/01\/Marselu-Rebelu-di-Souza.jpeg","1":752,"2":443,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2021\/01\/Marselu-Rebelu-di-Souza.jpeg"}})
Prezident kürsüdə qaldı
- 25 Yanvar 2021
- comments
- hikmet
- Posted in Dünyanın səsiXəbər
Portuqaliyada yanvarın 24-də keçirilmiş prezident seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, 7 nəfərin yarışdığı seçkidə indiki prezident Marselu Rebelu di Souza 60,7 faiz səslə önə çıxıb.
1948-ci il təvəllüdlü Marselu Rebelu di Souza 2016-cı ildən dövlət başçısıdır.
Portuqaliya parlament respublikasıdır. Hazırda icra hakimiyyətinin rəhbəri – baş nazir postunu Sosialist Partiyasının lideri Antonio Koşta tutur.
Sosialist Partiyası prezident seçkisində Marselu Rebelu di Souzaya dəstək verib.